Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
İntim əlaqədən sonra sistit niyə əmələ gəlir? - Qadınlar üçün

Ginekoloqlar çox qadınların daimi və ya müxtəlif cinsi partnyorlarla münasibətdən sonra sidik yolları iltihabı, infeksiyası olan sistitə tutulduğunu deyir.

Sistitin belə yaranmasının əsas səbəbi menstruasiya zamanı və ya bitən kimi dərhal əlaqədir.
Həkim ginekoloqlar Mariya Selixova və Olqa Kaplina intim əlaqə ilə ilə bağlı sistitdən qorunma yollarını açıqlayıblar.

"Hətta qoruyucu ilə cinsi münasibət zamanı partnyorlar arasında cinsi mikroflora mübadiləsi gedir. Cinsi orqanların selikli qişası zədələnir.

Zəif immunitet və ya artıq zəif mikroflora olan zaman, məsələn, əgər kişi və ya qadın hər hansı xəstəlikdən əziyyət çəkirsə, infeksiyası varsa, antibiotiklər qəbul edirsə, bu zaman əlavə olaraqsistit olma riski yüksəlir.

Eləcə də deflorasion sistit növü var ki, mikroflorların arasında konfliktə görə, hər iki tərəfin sidik kisəsi iltihablaşır.

Üstəlik cütlüklərin eyni vaxtda bir neçə növ cinsi aktı sınadığını nəzərə alsaq, floralar yer dəyişir və sistit, digər infeksiyalar riski artır.

Sistit müalicə olunmadıqda, xroniki formaya keçir, xüsusən hamilələrdə problem yaradır.

Qadınlarda yaş irəlilədikcə, sistit sidik saxlamama, pielonefrit, böyrəklərin xəstəliyinə səbəb olur.

Sistitin müalicəsi üçün hər iki tərəf aşağı çanaq orqanlarının USM-dən keçməli, sidik, yaxma, qan analizləri verməli və hər iki tərəf müalicə olunmalıdır". \\MEDİCİNA.AZ

Tarix: 20 avqust 2022
Baxış: 660

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş