Xəbər lenti
Reklam
Demensiya nədir və hansı əlamətləri var? - Həkim yazır

Demensiya əslində bir xəstəlik deyil, bu bir simptomlar qrupudur. Demensiya davranış dəyişiklikləri və zehni qabiliyyətin itirilməsini bildirən ümumi bir termindir. 
Bu azalma, o cümlədən yaddaş itkisi və düşüncə və dil ilə bağlı çətinliklər gündəlik həyatımızı poza biləcək qədər şiddətli ola bilər. Alzheimer xəstəliyi ən məhşur və ən çox yayılan demensiya növüdür.

Alzheimer və demensiya 

Çox insanlar Alzeimer xəstəliyi və demensiya terminlərini bir-birini əvəz edir, lakin bu doğru deyil. Alzheimer xəstəliyi demensiyanın ən çox yayılmış forması olsa da, demensiyalı hər kəs Alzheimer deyil.
Demensiya insanın ünsiyyət və gündəlik fəaliyyətlərini yerinə yetirmə qabiliyyətlərinə təsir edən bir xəstəlikdir.
Alzheimer xəstəliyi insanın düşünmək, yadda saxlamaq və dillə ünsiyyət qurmaq qabiliyyətinə təsir göstərən demensiyanın bir növüdür.
Demensiyanın ümumi  simptomları və ilkin əlamətləri hansılardır?
Demensiyanın ümumi əlamətlərinə və simptomlarına aşağıdakılar daxildir:


◽️ yaddaş
◽️ əlaqə
◽️ dil
◽️ diqqət
◽️ əsaslandırma
◽️ vizual qavrama

Demensiyanın ilk əlamətlərinə isə aşağıdakılar daxildir:
▪️ qısamüddətli yaddaşın itirilməsi
▪️ xüsusi sözləri xatırlamaqda çətinlik
▪️ əşyaları itirmək
▪️ adları unutmaq
▪️ yemək bişirmək və maşın sürmək kimi bildikləri işləri yerinə yetirərkən çətinlik çəkmə
▪️ mühakimə qabiliyyətinin aşağı düşməsi
▪️ əhval-ruhiyyə dəyişikliyi
▪️ tanış olmayan mühitdə qarışıqlıq və ya oriyentasiyanın pozulması
▪️ paranoya
▪️ eyni anda bir neçə tapşırığı yerinə yetirə bilməməsi


Demensiyanın müxtəlif növləri hansılardır?
Demensiya beyində yaddaş itkisinə səbəb olan ciddi dəyişiklikləri təsvir etmək üçün istifadə olunan bir termindir. Bu dəyişikliklər həmçinuin insanların əsas gündəlik işlərini yerinə yetirməsini çətinləşdirir. Əksər insanlarda demensiya davranış və şəxsiyyət dəyişikliklərinə səbəb olur.
Demensiya beynin üç sahəsinə təsir göstərir:

Nevroloq Sevinc Mir Seyid
Milli.Az
Tarix: 02 iyul 2022
Baxış: 449

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş