Xəbər lenti
Reklam
Ürək sağlamlığını yaxşılaşdıran pəhriz açıqlandı

İsrail alimləri araşdırma zamanı zülal, sink və vitamin B3 kimi qida maddələrində yüksək olan Aralıq dənizi tipli pəhrizə üstünlük verən insanların ürək sağlamlığının yaxşılaşdığını müəyyən ediblər.
Tədqiqatçıların sözlərinə görə, Aralıq dənizi pəhrizinin "aşağı kalorili, yüksək protein" formasına əsaslanan pəhriz dəyişiklikləri ilə yanaşı fərdi məşq planlarını ehtiva edən arıqlama proqramında bir il iştirak etdikdən sonra orta yaşı 53 olan 72 iştirakçıların çəkisinin 9 faiz azaldığı ortaya çıxıb.
Tədqiqat, arteriyaların sərtliyinin qiymətləndirilməsi, karotid arteriyaların qalınlaşması və qan axını daxil olmaqla, bir neçə əsas ürək sağlamlığının göstəricilərinin yaxşılaşdığını da göstərib.
Tədqiqatçıların sözlərinə görə, tədqiqatın əvvəlində bütün iştirakçılarda metabolik sindrom olub: abdominal piylənmə, yüksək qan təzyiqi, yüksək qan şəkəri, yüksək "pis" xolesterol və aşağı "yaxşı" xolesterol səviyyəsi.
“Tarixən belə olmuşdur ki, piylənməyə meylli insanlarda çəkinin azalmasından sonra ürəyin metabolizmasının və sağlamlığının yaxşılaşdırılması ya çəkinin azalması, yaxud qan şəkərinin və arterial təzyiqin səviyyəsinin dəyişməsi ilə izah edilir”, - tədqiqatın həmmüəllifi Bruriya Tal qeyd edib.
Bununla belə, alimlər pəhrizin özünün tərkibinin və onun tərkibində olan spesifik qidaların da bu prosesdə iştirak etdiyini istisna etmirlər. \\Lent.az

Tarix: 09 may 2022
Baxış: 236

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş