Xəbər lenti
Reklam
Fermentləşdirilmiş qidalar mədə xərçəngi yaradır - SİYAHI

Fermentləşdirilmiş qidalar, içkilər mədə xərçənginə səbəb olur.
Bunu məşhur dietoloq Cozi Porter bəyan edib.
O qeyd edib ki, qeyri-düzgün və zərərli qidalanma səbədindən insanın həzm orqanları zədələnir.
İlk baxışdan zərərsiz, hətta faydalı bildiyimiz bəzi qidalar çox təhlükəli ola bilir.
Xüsusilə fermentləşdirilmiş ərzaqlar, şərab, pendir, duzlu pendir, şorabalar, turşular, duzlu tərəvəzlər mədədə xərçəng əmələ gətirir. Çox zaman bu qidaları bağırsaq üçün faydalı qida kimi təbliğ edirlər.
Lakin hər gün 30 qram fermentləşdirilmiş və konservləşdirilmiş qidalar, tərəvəzlər, bəzi pendirlər yemək mədədə kanserogen mühit yaradır.
Fermentləşdirilmiş qida kimi təzə təbii pendir, kefir, qatıq yemək olar. \\Medicina.az

Tarix: 24 fevral 2022
Baxış: 224

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş