Xəbər lenti
Reklam
"Marketlərdə təbii kənd məhsullarının qiymətində olan artımı və işbazlarin süni məhsul artımını nəzərə alsaq..." - Ekspert

Vaxtı ilə dövlət xalqın sağlamlığını düşünüb, onların mövsümi meyvə və tərəvəzləri istehlak edib immun sistemlərinin gücləndirilməsi üçün yaratdığı yarmarkaları indi nədənsə görə bilmirik. Kənd təsərrüfatı məhsullarını,marketlərdən baha qiymətə ala bilməyən insanların, bu payız və üzümüzə gələn qış mövsümündə immunitetlərinin güclü olmasından söhbət gedə bilərmi? Siz yoxsa elə bilirsiniz ki hamı marketdən istədiyi məhsulu alıb evinə apara bilir?

Mövsüm dəyişikliyi zamanı insanların orqanizmində bəzi dəyişikliklər olur. Onların kənardan gələn sərbəst radikallar və viruslara qarşı nə qədər dözümlü olmasını isə orqanizmin immun sistemi tənzimləyəcək. Əgər mövsümündə yetişən meyvə və tərəvəzlər, həmçinin təbii kənd məhsulları istehlak olunmasa, buda insanlarda orqanizmin immun sisteminin zəifləməsinə səbəb olacaq.

Marketlərdə təbii kənd məhsullarının qiymətində olan artımı və işbazlarin süni məhsul artımını nəzərə alsaq, burda artıq nə immun sistemindən nədə sağlamlıqdan danışmağa dəyməz. Nəticə ; immun sistemi çökmüş insanların Covid 19 a sərbəst şəkildə yoluxmaları və yoluxmaların sayının iki hətta üç dəfə artması.


Ağa Salamov / Qida üzrə baş mütəxəssis
Tarix: 31 oktyabr 2021
Baxış: 90259

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş