Redaktor seçimi
    "Tavuşda elə yerlər var ki, bizə qaytarılmalıdır" - Sanosyan
Xəbər lenti
Reklam
"Qabırğalar orqanizmin antenidir, onurğa xəstəliklərinin səbəbi neqativdir" - Parapsixoloq

Son vaxtlar insanlar arasında onurğa xəstəlikləri kəskin şəkildə artmaqdadır.

Demək olar ki, hər ailədə azı bir nəfərin skolioz, kifoz, lardoz, fəqərələrarası diskin sürüşməsi, kirəcləşməsi, yırtıq və s onurğa xəstəliklərinin birindən əziyyət çəkməsi rast gəlinir.
Bəs niyə son dövrlər onurğa xəstəlikləri bu qədər artıb?

Parapsixoloq, elmi -lədun mütəxəssisi Paşa Yaqub səbəbin qabırğalardan qaynaqlandığını açıqlayıb.

"Araşdırmalarımız göstərir ki, qabırğa orqanizmin antennası funksiyasını yerinə yetirir. Necə ki, televiziya, radio və s cihazlar onlara ötürülən dalğaları antenlər vasitəsi ilə qəbul edirlər, orqanizm də Kainatdan gələn enerji dalğalarını məhz qabırğa vasitəsi ilə qəbul edir, oradan bədənə paylanır. Kainatdan isə, həm mənfi, həm də müsbət enerji dalğaları gəlir.

Son dövrlər insanlar günah işlərlə daha çox məşğul olduqlarından, biri-birlərinə həsəd, paxıllıq etdiklərindən, pis nəzərlə baxdıqlarından, onlardan daha çox neqativ enerji ayrılır və qarşılarındakı insana ötürülür (müsbət enerji günahsız, nəfissiz insanlardan ayrılır ki, bunların da sayı cəmiyyətdə çox azdır).

Bu cür neqativ enerji axımını ilk qəbul edən üzv qabırğa olduğundan onda ilk növbədə ağrılar, sonra isə, disklərdə sürüşmə, kirəcləşmə, yırtıq və s yaranır.



Skoliozla bağlı bir məqama diqqət çəkim ki, bu problemin kökü ana bətnində qoyulur. Belə ki, hamiləlik dövründə anada neqativ enerji varsa, bətndə körpə öz qabırğaları inkişaf etdikcə bu enerjini alır. Doğulandan bir neçə il sonra mütləq onda skolioz müşahidə olunur. Vaxtında tədbir görülməsə, skoliozun dərəcəsi artr.

Hamilələrdə olan neqativ enerji təkcə skolioza səbəb olmur, uşaqda hiperaktivlik, əsəbilik, autizm, digər xəstəlklər yarana bilər. Son dövrlərdə uşaqların bu xəstəliklərdən əziyyət çəkməsində ananın rolu danılmazdır.

Hamiləlik boyu qadınlarda depressiya, səbəbsiz ağlamalar, əsəbilik, ürək sıxıntısı, yuxusuzluq, səbəbsiz ağrılar da yükləndiyi neqativ enerjinin təsiridir və uşaq doğulmamıış çalışmaq lazımdır ki, ana və körpə bu enerjidən təmizlənsin.

Əks halda uşaq xəstəlklərlə doğulacaq.

Adətən, insanlar onurğadakı bu fəsadların mahiyyətinə varmayaraq, ağrıkəsicilərdən istifadə edərək, yaxud, cərrahi müdaxilə ilə problemi ötüşdürməyə çalışırlar. Nəticədə onurğadakı neqativ enerji digər orqanlara keçir.

Bu vaxt beldəki ağrılar dayanır, amma, digər orqanlarda yaranan xəstəliklər onurğadakından daha ciddi olur. Belə ki, bu mərhələdə insanda limfa şişləri, böyrək xəstəlikləri, poliplər, prostatın böyüməsi və s xəstəliklər müşahidə olunmağa başlayır.

Xərçəng xəstələri arasında apardığımız elmi-lədun araşdırmalar göstərir ki, bu xəstəlikdən əziyyət çəkənlərin böyük əksəriyyəti daha əvvəl onurğa (bel) ağrısından əziyyət çəkiblər.

Eləcə də qadınlar arasnda geniş yayılmış süd vəzi və analıq orqanlarının xəstəlikləri (kista, mastopatiya, miomatik düyünlər və s) də onurğa ağrılarından sonra yarandığı aydın olur ki, bu da neqativ enerjinin onurğadan sonra həmin orqanlara ötürülməsi səbəbindəndir.

Elmi-lədun araşdırmalarımız göstərir ki, bütün bunlardan əlavə, onurğaya daxil olan neqativ enerji həm də oradan keçən sinirləri zədələyir. Nəticədə insanda əsəb, sinir ağrıları və yaxud, miqren yaranır. Bu ağrıların tibbi müalicəyə tabe olmaması da onların neqativ enerjidən yaranması barədə söylədiklərimizi bir daha təsdiqləyir.

Onurğada toplanmış neqativ enerji həmçinin, insanda yorğunluq, halsızlıq, depressiya, yuxu pozğunluğu, panikatak, nevrozların, qıç ağrılarının da yaranmasına səbəb ola bilir.
Tibb elmində neqativ enerjiyə təsir edən vasitə kəşf olunmasa da, elmi-lədun müalicə seansları ilə cəmi 21 günə onurğanı neqativ enerjidən təmizləmək mümkündür. Bu proseslərin hamilələrə heç bir əks təsiri və zərəri yoxdur, əksinə orqanizmə müsbət təsiri var". \\Medicina


Tarix: 11 oktyabr 2021
Baxış: 211

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş