Redaktor seçimi
    Ağdərə, Xocalı, Xocavənd rayonları Azərbaycana verilir? - Məşhur xəbər agentliyindən ŞOK MƏLUMAT / FOTO
Xəbər lenti
Reklam
Yoluxan zaman bu dərmanların qəbulu ölümə səbəb ola bilər - Həkim açıqlayır

Koronavirusun ilkin mərhələsində bəzi dərmanların və antibiotiklərin istifadəsi ölümə səbəb ola bilər.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Trend-ə bildirib ki, insanların təşviş və qorxu içərisində koronavirusa yaxalandıqları dəqiqədən etibarən ətrafdan tibbi yardım istəyərək tibb bacıları, bəzən həkimlər tərəfindən ilk gündən evlərdə başlayan, klinik protokollarda olmayan antibiotiklər, xüsusən Deksametazon, metipred və Prednol-L kimi hormonal dərmanlarla müalicəsi yolverilməzdir:

“Reanimasiyalarda istifadə olunan və ikincili infeksiyalara uyğun şəkildə tətbiq olunan bu dərman və antibiotiklərin erkən dövrdə evlərdə istifadə edilməsi keçici bir müddət yaxşılaşma hissi verdikdən sonra xəstəliyin 5-ci, 6-cı günlərində sürətli ağırlaşma ilə birlikdə nəzarətdən çıxan və bəzən müalicəsi mümkün olmayan bir problemə çevrilməsinə səbəb ola bilər.
Eləcə də antibiotiklərin erkən mərhələdə istifadəsi virusla mübarizədə bədənin immun sisteminin formalaşmasına ciddi zərbə vuraraq super-infeksiyaların əmələ gəlməsinə, xüsusilə antibiotiklərə müqavimətli, çox təhlükəli, bəzən müalicəsi mümkün olmayan və koronavirusdan daha çox ölümlərin səbəbi olan bakteriyaların yaranmasına gətirib çıxara bilər.

Evlərdə xəstəliyin ilk günlərində təşviş içərisində qeyd olunan dərmanların və antibiotiklərin bədənə vurulması tibbi nöqteyi-nəzərdən çox səhv bir addımdır”. \\Medicina

Tarix: 01 sentyabr 2021
Baxış: 38

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}

[an error occurred while processing the directive]