Xəbər lenti
Reklam
Bir yaşı tamam olmayan uşaqlara bu qidaları VERMƏYİN - MƏSLƏHƏT

Həkimlər bir yaşı tamam olmamış uşaqlara bəzi qidaları verməyi məsləhət görmür. Buna səbəb isə uşaqların mədə-bağırsaq sistemi və böyrək funksiyaları yetərincə formalaşmasıdır. Çünki bu dövrdə körpələrin əlavə qida qəbul etməyə hazır olmurlar.
Həkimlərin valideynlərə körpələr üçün vacib məsləhətləri təqdim edirik:
Duz
Bir yaşından əvvəl körpələrə verilən duz damarlarda yığıla və erkən yaşlarda hipertoniya xəstəliyinə səbəb ola bilər.
Bal körpələrədə qəbizlik, udqunmada çətinlik, tənəffüs dayanması, əzələ zəifliyi kimi simptomlar yaradır. Bal yeyən körpənin bağırsağında toksinlər əmələ gəlir və bu da zəhərlənməyə səbəb olur. 1 ildən sonra az miqdarda körpələrə bal verilməsi məsləhət görülür.
Yumurta ağı

Allergiyaya səbəb ola bilər.
İnək südü
Bir yaşı tamam olmamış körpələr inək südü qəbul edərsə, allergiya, qəbizlik və dəmir çatışmazlığı kimi prpblemlə qarşılaşa bilərlər.
Kakao, şokolad və çiyələk
Sadalanan bu qidalar allergik reaksiyalara səbəb olur.
Kolbasa və hisə verilmiş məhsullar
Tərkibində həddindən artıq duz və nitrat olduğu üçün ürək-damar və böyrək xəstəliklərinə yol aça bilər.\\ Lent.az

Tarix: 22 iyul 2021
Baxış: 252

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş