Xəbər lenti
Reklam
Yayda nanə çayı için – Qadın xəstəliklərini sağaldır

İsti yay aylarında adi qara çay əvəzinə ərəb ölkələrindəki kimi əsl Şərq çayı – nanə çayı için.
 
Nanə çayı sərinləşdirir, təravətləndirir, güc verir, həzmi yaxşılaşdırır, mikrobları öldürür, əsəbləri sakitləşdirir.
 
Kimlərə nanə çayı məsləhətdir?
 
-Miqreni olanlara
-Ürək-damar problemi
-Nevrozlara
-Qadın xəstəliklərində - menstruasiyanı bərpa edir, klimaksı yüngülləşdirir, qadın hormonlarını sabitləyir
-Yorğunluq
 
Kişilər bir qədər az içsə yaxşıdır, çünki kişi cinsi hormonlarını azaldır.
 
Necə hazırlamalı?
 
Dəm çaydanına 1 çay qaşığı təzə nanə yarpaqları, 1 çay qaşığı yaşıl çay əlavə edib, qaynar su əlavə edin. 10 dəqiqə dəmləyib, sonra limon qataraq için.
Eləcə isti aylarda bu çaya buz qatıb, sərin də içmək olar. \\Medicina.az
 
Tarix: 24 may 2019
Baxış: 470

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş