Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
Qaraciyəri xəstəliklərdən qorumaq üçün 10 TÖVSİYƏ

Qaraciyər çox güclü və dözümlü orqandır və onu “sıradan çıxartmaq” kifayət qədər çətin işdir. Lakin bəzi insanlar, təəssüf ki, buna “nail olurlar”.
Əslində qaraciyərin sağlamlığını qorumaq heç də çətin deyil. Bunun üçün hepatoloqların bəzi çox sadə tövsiyələrinə riayət etmək lazımdır.
Xarici KİV-lərə istinadla oxucularını bu tövsiyələrlə tanış edirik:


1. Gündə 3 dəfə deyil, 4-5 dəfə, lakin kiçik porsiyalarla qidalanın. Bu qaraciyərə düşən yükü azaldır.
2. Hər gün qidalanmanıza tərəvəz və göyərtiləri daxil edin. Bu məhsullar qaraciyərin təmizləyir, qaraciyər piylənməsinin riskini azaldır.
3. Qidalanma yüngül, tamdəyərli və sağlam olmalıdır. Ağır, yağlı, qızardılmış, hisə verilmiş qidalardan, yarımfabrikatlardan, müxtəlif souslar, tərkibində marqarin olan məhsullardan, fast-fuddan imtina edin.
4. Şirniyyatların istehlakını minimuma azaldın. Bu şirin meyvələrə də aiddir. Gün ərzində 3 porsiya meyvə yemək olar. 1 porsiya deyəndə 1 alma və ya 1 banan və ya 1 ovuc giləmeyvə nəzərdə tutulur.
5. Spirtli içkilərdən imtina edin. Spirtli içkilərin çoxlu miqdarda istehlakı qaraciyər xəstəliklərinin ən yayılmış səbəblərdən biridir.
6. Gün ərzində 1-1,5 l adi su için.
7. Artıq çəki yığmayın ki, bu qaraciyərin piylənməsinə gətirib çıxardır.
8. Bədən tərbiyəsi, idmanla məşğul olun, hər gün piyada gəzin. Fiziki aktivlik bədən çəkisini normada saxamağa yardım edir və həmçinin qan dövranını da yaxşılaşdırır ki, bu qaraciyərin sağlamlığı üçün çox vacibdir.
9. Ağrıkəsici dərmanlardan sui-istifadə etməyin. Bu qaraciyərin sağlamlığına ciddi ziyan vurur.
10. Həyatınızda stresi azaldın. Təkrarlanan, xroniki streslər orqanizmi zəiflədir, müxtəlif xəstəliklərin və o cümlədən qaraciyər xəstəliklərinin riskini artırır. \\Saglamolun

Tarix: 03 may 2021
Baxış: 275

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş