Xəbər lenti
Reklam
“Sistem”lər ziyanlıdır və koronavirusdan ölüm riskini daha da artırır – Ekspert

Koronavirusun müalicəsi ilə bağlı vəziyyət olduqca acınacaqlıdır. Təəssüf ki, bir çox hallarda buna heç bir ciddi ehtiyac və əsas olmadan nisbətən yüngül xəstələrə sistemlər, müxtəlif dərman “miks”ləri, antibiotiklər, steroidlər təyin olunur.
Nəticədə xəstə sağalmır, əksinə onun vəziyyəti daha da ağırlaşır, ağciyərdə patoloji prosess sürətlənir.
Bu haqda danışan koronavirusla mübarizə qərargahının nümayəndəsi həkim Sevara Ubaydullayeva (Özbəkistan) koronavirusun yüngül formaları zamanı “sistem”lərin təhlükəsindən məlumat verib.
Həkim bildirib ki, insanların bir çoxunun fikrinə görə, “sistem” onları xəstəlikdən xilas edəcək. Lakin 6-7 gün keçdikdən sonra onların vəziyyəti daha da ağırlaşır. KT zamanı məlum olur ki, artıq ağciyərdə ödem başlayır.
“Sistem”lərdən 5-6 gün sonra ağciyərdə maye yığılmağa başlayır. Ölən xəstələrin diaqnozuna baxanda görürik ki, orada “ağciyər ödemi” qeyd olunur. Bu ödem təbii inkişaf etməyib, bu “sistem”lərin nəticəsidir” – ekspert qeyd edib.
Böyrəklər mayeni çıxartmağa çatdırmır. Bu isə böyrək, ürək və ağciyəri yükləyir, ödemlərə səbəb olur.
Bundan əvvəl tanınmış rusiyalı həkim Yevgeniy Komarovskiy də öz youtube kanalında bildirirdi ki, yüngül simptomlu xəstələrə heç bir xüsusi müalicə və xüsusilə də “sistem”lər tələb olunmur. “İnsan ağız boşluğundan maye içə bilirsə, ona heç bir “sistem” lazım deyil” – həkim qeyd edib. \\Saglamolun

Tarix: 29 mart 2021
Baxış: 307

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş