Xəbər lenti
Reklam
Bu simptomlar varsa, ürəyiniz TƏHLÜKƏDƏDİR

Ürək çatışmazlığı bir çox hallarda gizli inkişaf edir və onun simptomları tez-tez digər xəstəlik və pozulmalarla səhv salınır.
Lakin ürək çatışmazlığı vaxtında aşkar olunmadıqda çox ağır fəsadlara və hətta insanın ölümünə səbəb ola blər. Bu haqda ABŞ-ın MemorialCare Ürək və Damarlar İnstitutunun kardioloqu Robert Qrinfild məlumat verib.
Həkim qeyd edib ki, ürək çatışmazlığı istənilən yaşda, hətta uşaqlarda inkişaf edə bilər. Ürək çatışmazlığı zamanı ürək öz «nasos» funksiyasını tam şəkildə yerinə yetirə bilmir. Bunun nəticəsində müxtəlif orqanların oksigen və qidalı maddələri ilə təmin olunması azalır, orqanizmdə müxtəlif pozulmalar inkişaf etməyə başlayır.

Doktor Qrinfild bildirir ki, hər bir insan ürək çatışmazlığına işarə edən simptomları bilməli və bu simptomlar üzə çıxdıqda vaxt itirmədən həkimə müraciət etməlidir. Xarici KİV-lər bu simptomları ilə oxucularını tanış edir:
- Nəfəsalma problemləri. İnsan hiss edir ki, nə qədər dərin nəfəs alsa da ona sanki hava çatmır.
- Uzanaq vəziyyətdə təngənəfəslik, boğulma hissi. İnsan bir neçə yastıqdan istifadə etməyə, yarıoturaq vəziyyətdə yatmağa məcburdur.
- Ayaq və əllərin şişməsi. Ürəyin fəaliyyəti zəifləyəndə orqanizmdə artıq maye yığılır.
- Çəkinin səbəbsiz olaraq artması. Bunun də səbəbi orqanizmdə artıq mayenin yığılmasıdır.
- Sidik ifrazının artması, xüsusilə gecə saatlarında.
- Həzm sistemində pozulmalar. Ürək zəifləyəndə həzm sisteminə daha az qan çatır. Bu səbəbdən insanda mədə pozulması,iştahasızlıq, ürək bulanması və qəbizlik kimi simptomlar inkişaf edə bilər.
- Yorğunluq. Orqanizm ürəyin fəaliyyətini kompensasiya etmək və daha vacib orqanları qanla təmin etmək üçün əzələ və ətrafların qan dövranını zəiflədir  ki, bu da süstlük və yorğunluğa səbəb ola bilər.
- Yaddaşsızlıq. Beyin orqanizmdə ən çox qana ehtiyacı olan orqandır. Bu səbəbdən qan dövranının zəifləməsi ilk olaraq beyinin fəaliyyətinə mənfi təsir edir ki, nəticədə başgicəllənməsi, yaddaş və konsentrasiyanın zəifləməsi mümkündür.   
- Soyuq əl və ayaqlar. Alim bildirib ki, bu çox xarakterik simptomdur. Ayaq və əlləriniz daim soyuqdursa, mütləq ürəyinizi yoxlayın. \\Saglamolun

Tarix: 01 mart 2021
Baxış: 299

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş