Xəbər lenti
Reklam
Arağın orqanizmə zərərsiz dozası bu qədərdir – Şaxtalı havada içmək olmaz

Soyuq, şaxtalı havada araq içib, açıq havaya, küçəyə çıxmaq təhlükəlidir.
 
Rusiyalı həkim psixiatr arağın minimal zərərli dozasını açıqlayıb.
 
“Alkoqolun 30 milliqramlıq dozası standart dozadır və sağlamlıq üçün az təhlükəlidir. Bir gecədə ancaq 3 belə doza içmək olar, çox olmaz”.

Araq içib soyuq, şaxtalı küçəyə çıxmaq, idman etmək, yürüş etmək çox təhlükəlidir. Alkoqol damarları genişləndirir, bədəni isitmir. İnsana damarlar genişləndiyindən elə gəlir ki, isinir, amma bu vəziyyət bir azdan damarların kəskin yığılmasına, orqanizmin donmasına, temperaturun çox aşağı düşməsinə və letal sonluğa gətirib çıxara bilər.
 
Küçədə ancaq qlintveyn kimi içki ilə qızınmaq olar. Bu içkinin tərkibində ədviyyatlar var. \\Medicina

Tarix: 22 fevral 2021
Baxış: 425

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş