Xəbər lenti
Reklam
Sidikdə köpüyün olması təhlükəlidirmi?

Sidikdə köpüyün əmələ gəlməsi fizioloji ola bilər. Bu hamiləlik zamanı, güclü fiziki iş və ya idmandan sonra və həmçinin susuzlaşma zamanı mümkündür.
Bəzi dərman preparatlarının qəbulu da sidikdə köpüyün əmələ gəlməsinə gətirib çıxarda bilər.
Lakin bir çox hallarda bu simptom hər hansı xəstəliyə işarə edə bilər.
İlk növbədə bilmək lazımdır ki, sidikdə köpüyün əmələ gəlməsi sidikdə olan zülala işarə edir. Bildiyimiz kimi, böyrəklər filtr funksiyasını yerinə yetirir. Əgər bu funksiya müxtəlif səbəblərə görə pozulursa, zülal sidiyə düşə bilər və bu köpüklənməyə səbəb olur.
Beləliklə, sidikdə köpüyün olması hansı xəstəliklər zamanı mümkündür?
- Şəkərli diabet
- Hipertoniya
- Böyrək xəstəlikləri – qlomerulonefrit, piyelonefrit, böyrək şişi və s.
Əgər sidikdə köpük müntəzəm olaraq 1 həftə ərzində görünürsə, vaxt itirmədən həkimə müraciət edin. \\Saglamolun

Tarix: 21 yanvar 2021
Baxış: 297

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş