Xəbər lenti
Reklam
Azərbaycanlılar ən çox nədən ölür? - SƏBƏBLƏR

2019-cu ildə dünyada ölən 58 milyon insanın 55 916 nəfəri Azərbaycanın payına düşüb.
Ölənlərin əksəriyyəti ürək-qan damar xəstəlikləri və xərçəng xəstəsi olub. Qeyd edək ki, orta ömür müddəti uzun olan inkişaf etmiş ölkələrdə ölüm səbəbləri içərisində yaşla bağlı xəstəliklər üstünlük təşkil edir. Statistikaya görə, kasıb ölkələrdə isə ölüm halları ən çox infeksion xəstəliklər səbəbindəndir.
Bəs il ərzində Azərbaycanda ölüm halları ən çox hansı səbəblərdən baş verir.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2019-cu ildə Azərbaycanda çox insan qan dövranı sisteminin xəstəliklərindən ölüb. Bu xəstəliklərdən 32471 insan dünyasını dəyişib.
Statistikaya görə, 2019-cu ildə 8819 azərbaycanlı bədxassəli yenitörəmələrdən (şiş xəstəlikləri) ölüb.
Həmin il 2789 insan travma, zəhərlənmə və digər səbəblərdən həyatını itirib. O ilin statistikasına əsasən, 1854 adam isə tənəffüs sistemi xəstəliklərindən vəfat edib.
2019-cu ildə Azərbaycanda ən az ölüm dəri və dərialtı toxumanın xəstəliklərindən (10), həmçinin sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərindən (26) baş verib.
Xatırladaq ki, qeyd edilən statistika 2019-cu ilə aiddir. 2020-ci ilin göstəriciləri hələ ki hazırlanmayıb. \\BAKU.WS

Tarix: 15 yanvar 2021
Baxış: 313

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş