Xəbər lenti
Reklam
Aslanların koronavirus testləri pozitiv çıxdı - ARAŞDIRMA
 
İspaniyanın Barselona şəhərində yerləşən heyvanxanada 4 aslanın koronavirus (COVID-19) testinin nəticəsi pozitiv çıxıb.
 
Gender.az
xarici mediaya istinadən xəbər verir ki, COVID-19-a yoluxan aslanların adları Zala, Nima, Run Run və Kiumbe olaraq bildirilib.
 
Zoopark rəhbərliyinin bununla bağlı verdiyi açıqlamada qeyd edilib ki, işçilərin ikisində də koronavirus testinin nəticəsi pozitiv çıxıb və artıq mütəxəssislər aslanlara necə koronavirusun keçməsi ilə bağlı araşdırmalara başlayıblar.
 
Xatırladaq ki, 2019-cu ilin aprel ayında ABŞ-ın Nyu-York şəhərindəki heyvanxanada da 4 pələng və 3 aslanın, eləcə də sözügedən ölkə ilə yanaşı Belçika və Danimarkada ev və küçə pişiklərində koronavirusa yoluxma halları qeydə alınıb.\\Lent.az
Tarix: 09 dekabr 2020
Baxış: 393

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş