Redaktor seçimi
    Mömünə Xatun türbəsi ətrafında yarımçıq tikili... - Naxçıvan İH-dən açıqlama
Xəbər lenti
Reklam
ÜST-dən TÖVSİYƏ: Koronavirus xəstələrinin müalicəsində BU DƏRMANDAN istifadə etməyin

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyası olan xəstələrin müalicəsində "Remdesivir" dərmanından istifadə etməməyi tövsiyə edib.

Bu barədə təşkilatın mətbuat xidməti dərman istifadəsi ilə bağlı təlimatların hazırlanması ilə məşğul olan beynəlxalq ekspert qrupunun nəticələrinə istinad edərək məlumat verib.

ÜST bu günə qədər xəstəliyin şiddətindən asılı olmayaraq, dərmanın xəstənin tez sağalmasına təsirinə dair bir dəlil olmadığını vurğulayıb. Bundan əlavə, ventilyasiya ehtiyacını azaltmasına təsiri barədə heç bir dəlil tapılmayıb.

Eyni zamanda dərmanın klinik praktikada rolu aydın deyil. Ekspertlərin bu tövsiyəsi 7000-dən çox xəstənin iştirak etdiyi beynəlxalq sınaqların nəticələrinin təhlilinə əsaslanır.

O da qeyd olunub ki, "Remdesivir"in spesifik xəstə qruplarına təsirini araşdırmaq üçün tədqiqatlar davam etdirilməlidir. \\Publika

Tarix: 20 noyabr 2020
Baxış: 317

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş