Redaktor seçimi
    “France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımlayıb - FOTO/VİDEO
Xəbər lenti
Reklam
Koronavirusa yoluxmanın erkən 4 ƏLAMƏTİ

Tibb mütəxəssisləri koronavirusa yoluxmanın erkən mərhələsində, hələ adamın bundan xəbəri yoxkən özünü göstərən dörd əlaməti açıqlayıblar.
Onlarla aparılan tədqiqatda gəlinən qənaətə görə, koronavirusa hər beş yoluxandan biri həzmlə bağlı problemlərlə, o cümlədən iştahasızlıq, ürəkbulanma, qusma, mədə sancısı ilə üzləşir.
Həmçinin Amerika Oftalmologiya Akademiyasının (San-Fransisko) məlumatına görə, yoluxanların 3 faizinə qədəri konyunktivitdən əziyyət çəkir.
London İmperial Koleci tədqiqatçılarına görə, başqa bir əlamət olan beyin pozuntusu xəstəliyin ağırlıq səviyyəsindən asılı olmaqla sağalmadan bir neçə ay sonra da davam edə bilər.
Nəhayət, Dublin Triniti Koleci tədqiqatçılarının gəldikləri qənaətə görə isə, yoluxanların yarısına qədəri təqətsizlikdən əziyyət çəkir və bu da 10 həftəyədək davam edə bilər. \\Report
шаблоны для dle 11.2
Tarix: 19 noyabr 2020
Baxış: 57

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş