Xəbər lenti
Reklam
Üzünüzü şüşə kimi edəcək 5 QƏPİKLİK VASİTƏ
 
Üz dərisini salona getmədən ev şəraitində də yaxşı təmizləmək və pilinq etmək mümkündür.
Sizə çox tanınmış üsul təqdim edirik. Buna "hollivud təmizlənməsi" deyilir. Dəri çox yaxşı təmizlənir, ölü hüceyrələrdən azad olur, cavanlaşır, hamarlanır, dərinin rəngi yaxşılaşır.  
Beləliklə, "hollivud təmizlənməsi".
Aptekdən 1 ampula kalsium xlorid (5%) alın, ampulanı açıb içindəkini bir qaba tökün. Məhlulda steril pambıq disk isladın və üz dərisinə dairəvi hərəkətlərlə çəkin. Bunu bir neçə dəfə etmək lazımdır (diski isladırıq və üz dərisinə çəkirik).
Daha sonra disk uşaq sabunu köpüyündə isladılır və üz dərisinə dairəvi hərəkətlərlə çəkilir. Dəridə ağ yumrular əmələ gəlməyə başlayacaq. Bütün hərəkətləri massaj xəttləri üzrə etmək lazımdır.
Dəri bu proseduru normal qəbul edibsə, növbəti dəfə 10-li kalsium xloriddən istifadə edin. Növbəti dəfə bu proseduru 1 həftədən sonra təkrar etmək olar. \\Saglamolun.az
Tarix: 17 aprel 2019
Baxış: 432

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş