Xəbər lenti
Reklam
Böyrəklər üçün ən təhlükəli 5 MƏHSUL


ABŞ alimləri böyrəklərin fəaliyyətinə mənfi təsir edən, böyrək xəstəliklərinin riskini artıran məhsulların siyahısını tərtib edib.

Araşdırmalar göstərir ki, bu məhsulların çoxlu miqdarda istehlakı böyrəklərə ciddi ziyan vurur.

 

Alimlərin fikrinə görə, böyrəklər üçün ən təhlükəli məhsul qəhvədir. Bu içki böyrəklərə düşən gərginliyi artırır ki, bu da onlarda pozulmaların inkişafına təkan verir. Təbii ki, söhbət qəhvəni həddindən çox miqdarda içməkdən gedir. Gün ərzində 2-3 fincan təbii qəhvə əksinə çox faydalıdır.

İkinci yerdə qırmızı ətdir. Mütəxəssislər böyrəklərin sağlamlığını qorumaq üçün qırmızı ətin istehlakını azaltmağı tövsiyə edirlər.

Növbəti ziyanlı məhsul duzdur. Duz orqanizmdə mayeni saxlayır ki, bu da böyrəklərin fəaliyyətinə mənfi təsir edir.

Dördüncü ziyanlı məhsul çaydır. Çaydan sui istifadə böyrəklərə ziyan vurur.

Sonuncu təhlükəli məhsul şirin qazlı içkilərdir. Bu içkilər qanda kalsiumun səviyyəsini artırır ki, bu da böyrək daşı xəstəliyinin inkişafna təkan verə bilər. Bəzi elmi araşdırmalar göstərir ki, şirin qazlı içkilərin çoxlu miqdarda istehlakı hətta böyrək çatışmazlığına gətirib çıxarda bilər. \\Saglamolun
Tarix: 23 oktyabr 2020
Baxış: 301

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş