Redaktor seçimi
    "Tavuşda elə yerlər var ki, bizə qaytarılmalıdır" - Sanosyan
Xəbər lenti
Reklam
Mixək çeynəməyin sağlamlığa faydaları – iltihabdan xərçəngə qədər

Mütəxəssislər sübut edirlər ki, mixəyi acqarına çeynəmək effektli terapevtik təsir edir, iltihabdan və hətta xərçəngdən qoruyur.
Saglamolun.az Rai Al Youm nəşrinə (Böyük Britaniya) istinadla bildirir ki, ekspertlərin sözlərinə görə, mixək ağız suyunun ifrazını, bağırsaqların hərəkətliliyini artırır və bununla da həzm proseslərini yaxşılaşdırır, “tənbəl bağırsaq” sindromu zamanı yardım edir.
Bundan əlavə mixək mədə qıcqırması və köpdən də azad edir.
Həmçinin mixəyi çeynəmək hipotoniyadan (aşağı təzyiq) əziyyət çəkən insanlar üçün çox faydalıdır. Təzyiqin düşməsi zəiflik, süstlülk, baş gicəllənməsi, tonusun və konsentrasiyanın azalması kimi xoşagəlməz simptomlarla müşayiət olunur. Mixek bu simptomları azaldır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır.
Tərkibində olan efir yağları sayəsində mixək həm də güclü iltihableyhinə təsirə malikdir – ağız boşluğu, udlaq, boğaz və damaqlarda iltihabları azaldır, pis ağız qoxusundan xilas edir.
Mixəyin tərkibində olan evgenol maddəsi xərçəng hüceyrələrinin inkişafını ləngidir.
“Acqarına 1 və ya 2 mixək çeynəyin. Bunu müntəzəm edən insan özünü daha yaxşı hiss etməyə başlayacaq”, - mütəxəssislər qeyd edir.
Lakin nəzərə almaq lazımdır ki, hipertoniyadan (yüksək təzyiq) əziyyət çəkən insanlara mixək ziyna vura bilər.
Tarix: 23 oktyabr 2020
Baxış: 274

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş