Xəbər lenti
Reklam
Xərçəngin əsas səbəbi bu imiş. Yeni araşdırma
Dandi Universitetinin (Böyük Britaniya) alimləri araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, xərçəngin əsas səbəbi immun sisteminin zəiflənməsidir.
Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, alimlər xərçəngdən əziyyət çəkən 2 mln. (!) insanın məlumatlarını araşdırdıqdan sonra belə nəticə çıxarıblar.  
PNAS jurnalında dərc olunmuş məqalədə alimlər qeyd edir ki, xərçəng xəstəlikləri ilə uğurlu şəkildə mübarizə etmək üçün ilk növbədə immuniteti yüksək səviyyədə saxlamaq lazımdır.
Alimlər araşdırıblar ki, bədxassəli hüceyrələrin əmələ gəlməsi və yayılması timusla (çəngəlvari vəz) bağlıdır. Timus immun sisteminə aid olan orqandır. Timus T-limfositlərin sintezində böyük rol oynayır. T-limfositlər o cümlədən orqanizmdə əmələ gələn anomal hüceyrələri tapır və onları zərərsizləşdirir.
Timus insan həyatının ilk illəri ərzində çox intensiv şəkildə işləyir. 30 yaşına yaxın onun fəaliyyəti azalır, 40 yaşında isə timusun fəaliyyəti dayanır.
Alimlərin fikrinə görə, əgər xərçənglə immunitetin əlaqəsi təsdiq olunsa, bu o demək olacaq ki, bu vaxta qədər xərçəng düzgün müalicə olunmurdu.  
Tarix: 10 aprel 2019
Baxış: 453

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş