Xəbər lenti
Reklam
Qarpızın 7 bilinməyən FAYDASI
 

Qarpız əsasən sidik ifrazı sistemi üçün faydaları məhsul hesab olunur. Lakin bu şirin giləmeyvənin digər də çoxsaylı faydaları var. Sizə bu faydaları ilə tanış edirik.
1. Azkalorili və qidalı liflərlə zəngin olan qarpız insanı tox saxlayır və arıqlamağa yardım edir.
2. Likopinlə zəngin olan qarpız orqanizmə çox yaxşı xərçəng əleyhinə təsir edir və xüsusilə orqanizmi həzm sistemi xərçəngindən qoruyur.
3. Likopin orqanizmdə “pis” xolesterinin səviyyəsini aşağı salır, damarları təmizləyir.
4. Qarpızın tərkibində olan faydalı maddələr damarları genişləndirir və təzyiqi aşağı salmağa yardım edir.
5. Qarpız güclü iltihabəleyhinə təsirə malikdir.
6. Sitrullinlə zəngin olduğundan qarpız əzələ ağrılarını azaldır.
7. A və C vitaminləri sayəsində qarpız dərini cavan və sağlam edir. \\Saglamolun
Tarix: 10 avqust 2020
Baxış: 552

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş