Xəbər lenti
Reklam
“Təkliflərimizə baxılmadı...” – Tanınmış həkim Operativ Qərargahı tənqid etdi
 

"Karantin rejimi yumşalsa da ictimai nəqliyyatdakı sıxlıq və çimərliklərdə davranış qaydalarınınmüəyyənləşməməsi pandemiya təhlükəsinin hələ də ciddi olaraq qaldığından xəbər verir”.
Gender.az bildirir ki, Sfera.az-a açıqlamasında bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarına münasibət bildirərkən tibb elmləri doktoru Adil Qeybulla deyib:
 
"Təhlükələrdən ən başlıcası ictimai nəqliyyatda baş alıb gedən sıxlıqla və çimərliklərdəki vəziyyətlə bağlıdır. Bu sahə ilə məşğul olan müstəqil həkimlər qrupu virus təhlükəsinin karantin rejiminin yumşalması fonunda zəiflədilməsi üçün müəyyən təkliflər verib. Həmin təkliflərimizin əksəriyyətinə baxılmadı.
Çimərliklər açılıb. Amma həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağandır.Belədə insanlar çimərliklərə necə gedəcəklər? Çimərliklərdə insanların davranış qaydaları müəyyənləşməyib, çimərlik sahəsindən asılı olaraq insanların ora daxil olması qaydaları bəlli deyil.
 
Bu istiqamətdə ciddi təlimatlar olmalıdır. Təəssüf ki, bunların heç birini görmədik. Nəticədə müəyyən narahatlıqlar qalmaqdadır ki, bu narahatlıq da yumşalma fonunda virusa yoluxma dalğasının yenidən güclənməyəcəyilə bağlı bizdə tam təsəvvür yaratmağa imkan vermir”.
 
Həkim düşünür ki, ictimai nəqliyyatdakı vəziyyət də virusun yayılması üçün əlverişli şərait yaradır:
 
"İctimai nəqliyyatda mövcud karantin qaydalarına əməl olunmur, məsafə qətiyyən gözlənilmir, sıxlıq var. Bunun özü də yoluxma təhlükəsinin artma ehtimalını artırır. Odur ki, ictimai nəqliyyatın hərəkəti qaydalara uyğun olaraq qurularsa karantin rejiminin yumşaldılmasından sonrakı ciddi çətinliklərdən yan keçə bilərik. Əks halda təhlükə öz gücünü göstərəcək”.
Tarix: 04 avqust 2020
Baxış: 358

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş