Xəbər lenti
Reklam
"Gəlib deyir, zibil vedrəsi burada yox, orada olmalıdır” - Ağa Salamov

“Amma ət necə bişirilir, yoxlamır”  

Paytaxtda və regionlarda özlərini Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya Mərkəzinin əməkdaşları kimi təqdim edərək sahibkarlıq subyektlərində dezinfeksiya işlərinin vəziyyəti ilə maraqlanan, sanitar-gigiyena qaydalarının pozulmasına görə cərimələr tətbiq edən şəxslər peyda olub. Bununla bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayaraq sahibkarlıq subyektlərini xəbərdar edib. Xəbərdarlıqda bildirilir ki, SN-nin təsdiq olunan Əsasnaməsinə uyğun olaraq, respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası sahəsində dezinfeksiya tədbirləri (profilaktik və ocaqlı dezinfeksiya) nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya rayon gigiyena və epidemiologiya mərkəzləri, rayon/şəhər dezinfeksiya idarələri tərəfindən həyata keçirilir. "Lakin son zamanlar Bakı şəhəri və respublikanın digər regionlarında özlərini Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya Mərkəzinin əməkdaşları kimi təqdim edən bəzi şəxslər tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların və əsassız dezinfeksiya işlərinin aparılması, sanitar-gigiyena qaydalarının pozulmasına görə cərimə edilməsi təhdidləri kimi neqativ hallara rast gəlinir. Bununla bağlı Səhiyyə Nazirliyi bildirir ki, ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamaların aparılması Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən 02.07.2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununla tənzimlənir. Belə ki, bu qanuna əsasən yoxlamalar yalnız Ədliyyə Nazirliyinin müvafiq icazə sənədi əsasında aparıla bilər. Qeyd olunanları nəzərə alaraq, fərdi sahibkarlar və sahibkarlıq subyektlərinin rəhbərlərinin nəzərinə çatdırırıq ki, yoxlama aparmaq üçün müvafiq icazəsi olmayan və özünü Səhiyyə Nazirliyinin qurumlarının əməkdaşları kimi təqdim edən şəxslər və belə neqativ hallarla rastlaşdıqda nazirliyin 9103, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421 13 93 nömrəli qaynar xətlərinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edilməlidir".
Qida mütəxəssisi Ağa Salamov "Sherg.az”a açıqlamasında qeyd etdi ki, sahibkarlıq subyektlərinin rəsmi qurum tərəfindən xəbərdar edilməsi müsbətdir, lakin sahibkarların öhdəsinə düşən vəzifələr var: 
- Sanitar-gigiyenik qaydalar ictimai iaşə müəssisələrində yüksək səviyyədə qorunmalıdır. Əlaqədar qurumlar mütəmadi reydlər keçirməlidirlər. Amma təəssüf ki, qurumlar və bütün müəssisələr haqqında bunu demək olmur. Sahibkarlar pul qazanmağı bacarır, qazansınlar, amma gigiyen ik qaydalara da diqqət etsinlər. Təmizlik, dezinfeskisya işləri, həşəratlara, gəmiricilərə qarşı mübarizə, təmizləyici vasitələrin alınması... Bəzi sahibkarlar bu vacib işlərə pul sərf etmək istəmir, bunu “əlavə”, “izafi” xərc hesab edirlər. Təmizlik, dezibfeksiya işlərinə pul ayırmırlart,Ş mətbəxdə təmizlik aparılmır. Nəticədə qidanın çirklənməsi, çarpaz çirklənmə baş verir ki, bu da keyfiyyətsiz qidalara və hətta qida zəhərlənmələrinə yol aça bilir. 
A.Salamov bildirdi ki, sanitar-gigyenik qaydalar dedikdə təkcə müəssisənin təmizliyi nəzərdə tutulmalıdır:
- Sanitar-gigiyenik qaydalar geniş anlamdır. Burada təkcə təmizlikdən söhbət getmir, eyni zamanda ərzağın, qidaların düzgün şərtlər altında saxlanması, düzgün bişirilmə qaydası, düzgün soyutma sistemi, düzgün təqdimat da vacib şərtlərdir. Qida zəncirində qırılma olmamalıdır. Əks halda qidanın keyfiyyətindən danışmaq mümkün deyil. İaşə müəssisələrində yoxlama keçirənlər də bu qaydaları bilməli və təkcə təmizliyə deyil, qida zəncirinin digər bütün halqalarına nə dərəcədə riayət olunduğunu da ciddi şəkildə yoxlamalıdırlar. Əlaqədar qurumların əməkdaşları gəlir, “bu zibil vedrəsi niyə burdadı?”, “masanın üstü niyə çirkdi?”, nə bilim, döşəmə nəylə silinir və sair bu kimi məsələlərə baxır. Amma mətbəxdə qidanın düzgün qaydalarla bişirildiyinə, ərzağın saxlanma şərtlərinə necə əməl edildiyinə fikir vermir. Ya, bunu bilmirlər, ya da səhlənkarlıq edirlər. Bəlkə hansısa müəssisədə zibil vedrəsi düzgün qoyulub, amma ət düzgün bişirilmir və yaxud çarpaz çirklənmə üçün şərait yaranıb, yanaşı qoyulması qadağan edilən ərzaqlar, məhsullar eyni rəfdədir. Bunlara da diqqət emtək lazımdır, çünki sanitar-gigiyenik qaydalara həm də bunlar daxildir.        
A.Salamov fırıldaqçılara bəzi hallarda obyekt sahiblərinin şərait yaratdığını dedi: 
-Müəssisələrin bir çoxunda sanitar-gigiyenik normalar pozulur, qaydalara riayət edilmir, təmizlik işləri normalar daxilində aparılmır. Fırıldaqçılar, dələduzlar da bunu bildiklərindən yaranmış imkandan istifadə etməyə çalışırlar. Əslində, sahubkarlar özləri fırıldaqçılara şərait yaradırlar ki, gəlin bizi yoxlayın, cərimə edin. Əgər sahibkar rəhbəri olduğu müəssisədə, ictimai iaşə obyektində təmizlik normalarna daim riayət etsə, onun yoxlamadan, dezinfeksiya işlərinin aparılmasından qorxusu da olmaz. Digər tərəfdən sahibkarların maaariflənməsi mütləqdir. Hər bir müəssisədə sanitar-gigiyenik normalar barədə məlumatlar olmalıdır. Rəsmi qurumlar tərəfindən vaxtaşırı aparılacaq yoxlama tədbirləri barədə də məlumatlı olmalıdırlar. Görün, nə vəziyyətdir ki, sahibkar qapını döyən hər kəsi ciddi qəbul edir, ondan çəkinir. O dərəcədə ki hətta sənəd, arayış, yoxlamayla bağlı icazə tələb etməyi ağlına da gətirmir. 

Tarix: 16 aprel 2024
Baxış: 96

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş