Xəbər lenti
Reklam
Bu məhsul qaraciyəri spirtli içkilərdən də QORUYUR

Hamı bilir ki, spirtli içkilər qaraciyər üçün ziyanlıdır.

Spirtli içkilərin tərkibində olan etanol məhz qaraciyərdə parçalanır və hepatositlərin (qaraciyərin hüceyrələri) zədələnməsinə səbəb olur.

Bəzən spirtli içkilərin "ziyansız" dozasından danışılır. Nəzərə almaq lazımdır ki, qaraciyər üçün belə "ziyansız" doza yoxdur və spirtli içkinin hətta 1 damlası qaraciyərin sağlamlığına mənfi təsir edir.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, Dehli Universitetinin (Hindistan) alimləri  araşdırmalar zamanı sübut ediblər ki, yulaf yarması qaraciyəri spirtli içkilərin mənfi təsirindən müəyyən dərəcədə (tam yox!) qoruya bilir.

Alimlərin fikrinə görə, liflərlə zəngin olan yulaf yarması sorbent kimi işləyir və ziyanlı maddələri özünə hopduraraq çölə çıxardır. Bu isə qaraciyəri mənfi təsirlərdən müəyyən dərəcədə qoruyur.

Yulaf yarmasının qaraciyərə olan faydası bundan qabaq aparılmış digər elmi araşdırmalarda da təsdiq olunub. Yulaf yarması əsasında hətta hepatoprotektorlar (qaraciyəri qoruyan preparatlar) hazırlanır.

Bundan əlavə yulaf yarması ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin və mədə-bağırsaq sistemi xəstəliklərinin riskini azaldır.  
Tarix: 01 aprel 2019
Baxış: 418

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş