Xəbər lenti
Reklam
“Küçədə, metroların çıxışında satılan kolbasalardan uzaq durmaq lazımdır” — VİDEO

Yeni İldə bayram süfrələrində kolbasa, sosiska məhsulları adi günlərlə müqayisədə daha çox yer alır. Keyfiyyətsiz məhsulların bazara ayaq açdığı bir vaxtda kolbasa, sosiska alarkən nələrə diqqət etməliyik?

Qida mütəxəssisi Ağa Salamaov işlənmiş ət məhsullarından çox istifadə etməməyi tövsiyə edir: “Bayram süfrələrinə ciyər, toyuq paşteti, toyuq, ət ruleti, ət, pendir assorti boşqabı qoymaq daha məqsədəuyğun və sağlamlıq baxımından zərərsizdir, nəinki işlənmiş ət məhsulları olan kolbasa, sosiska”.

Ekspert Demokrat.az-a açıqlamasında deyib ki, əmtəə nişanı olmayan, harada necə istehsal edildiyi bilinməyən, üzərində tərkibi, istehsal və son istifadə tarixi qeyd olunmayan məhsullardan uzaq durmaq lazımdır: 


“Kolbasa, sosiska çeşidlərini çox istehlak etmək tövsiyə olunmur, çünki tərkibində monosodium qlütomat (E621), oksidləşmənin qarşısını alan kimyəvi rənglər və digər kimyəvi qatqılar var, yəni kimyəvi maddələrlə zəngin məhsullardır. Kolbasa məhsulları hisə verilmiş məhsullardır, bunlardan yalnız az miqdarda soyuq qəlyənatlı kimi istifadə etmək olar. 


Əsl kolbasa heç vaxt ucuz qiymətə olmur, istehsalına xərclənən maliyyənin həcmi məhsulun qiymətinə də təsir edir. İkisi 5 manata, bir kiloqramı 5-6 manata olan kolbasaların keyfiyyəti şübhə doğurur. Küçədə, metroların çıxışında satılan kolbasa məhsullarından uzaq durmaq lazımdır”.
  

Törə Zeynallı
Demokrat.az
Tarix: 29 dekabr 2023
Baxış: 108

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş