Redaktor seçimi
    Bakıda bir sıra avtobus marşrutlarının son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək - SİYAHI
Xəbər lenti
Reklam
“Coca-Cola”ya qarşı araşdırma başladıldı

Almaniya Federal Antiinhisar İdarəsi Amerikanın sərinləşdirici içki istehsalçısı “Coca-Cola”ya qarşı ölkə bazarında haqsız rəqabətə yol verilməsi iddiası ilə tədqiqat başladıb.
Gender.az xəbər verir ki, bu barədə idarənin rəhbəri Andreas Mundtun tənzimləyicinin saytındakı açıqlamasında qeyd olunur.
Mundt bildirib ki, artıq müvafiq araşdırmalar başlayıb:
"Coca-Cola-nın alman ərzaq pərakəndə satış şirkətlərinə xüsusi qiymət şərtləri, məsələn, endirimlər təklif etməklə, digər şirkətlərin rəqabətli imkanlar əldə etməsinə mane ola biləcəyinə inanmaq üçün əsas var".
İdarə rəhbəri qeyd edib ki, onlar “Coca-Cola”nın pərakəndə satış şirkətlərini konsernin məhsullarının bütün çeşidini almağa və reklam etməyə təşviq edən endirim sisteminin qanuniliyini qiymətləndirmək niyyətindədirlər. \\Musavat.Az

Tarix: 14 noyabr 2023
Baxış: 151

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş