Xəbər lenti
Reklam
Payızda güclənmək üçün bu vitamini için

Payızda ciddi gücsüzlük və enerjisizlik zamanı D vitamini için.
Gender.Az xəbər verir ki, endokrinoloq Svetlana Şokur məhz soyuq aylarda D vitamininin səviyyəsi əhvala, yorğunluğa təsir edir.
“D vitamini əslində bir hormondur. O dəriyə günəş şüalarının təsiri altında hasil olur. Payızda gün işığı azaldığı üçün bədəndə bu konsentrasiya sürətlə düşür. Ona görə insanın halı pisləşir, enerjisi olmur.
Bu zaman mütləq qanda D vitamini analizi verdirin və nəticəyə uyğun D vitamini və qidalar yeməyə başlayın.
Payızda, qışda qaranlığın erkən düşməsi səbəbindən melatonin və serotonin hormonlarının da hasili azalır. Bədəndə xoşbəxtlik hormonu düşür. Nəticədə insan gecə yaxşı yatmır, gündüz yuxulu olur, apatiya, kədər, yorğunluq hiss edir, yeniliyə həvəsi olmur.
Payızda gücsüzlüyün digər səbəbləri: anemiya, endokrinoloji problemlər, bədəndə iltihabi
proseslərdir".\\Medicina.Az
 
Tarix: 27 sentyabr 2023
Baxış: 144

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş