Xəbər lenti
Reklam
Dünyanın ƏN ZƏRƏRLİ 5 QİDASI - MƏTBƏXİNİZDƏN UZAQ TUTUN!

Bu 5 qidanı hər dəfə yediyiniz zaman yavaş-yavaş özünüzü zəhərləyə bilərsiniz. Alimlərin apardığı araşdırmalar nəticəsində orqanizmə ən çox zərər verən qidalar üzə çıxıb. Bəs, dünyanın ən zərərli 5 qidası hansılardır və onlar nə dərəcədə zərərlidir?
BULYON
Mütəxəssislər xüsusilə bu beş qidanın istehlak edilməməsi lazım olduğunu dəfələrlə bildirirlər. Həyati təhlükəsi olan xəstəlikləri tətikləyən bu qidalar arasında bulyonlar birinci yerdədir.
Silah rolunu oynayan bulyonlar tərkibindəki monosodyum glutamatla kimyəvi maddəyə çevrilir. Yeməklərə ləzzət vermək üçün istifadə edilən bulyonlar yüksək miqdarda natrium ehtiva edir ki, bu da bədəndə artıq suyun tutulmasına və yüksək qan təzyiqinə səbəb olur.
QAZLI İÇKİLƏR VƏ ENERJİ İÇKİLƏRİ
Çox sevilən qazlı və enerji içkiləri şəkərlə doludur və bütün bədəni yorur. Bir stəkan qazlı içki böyrək xəstəliklərindən tutmuş piylənməyə qədər bir çox xəstəliyə səbəb olur. Həm də turşu quruluşuna görə diş çürüməsinin ən böyük səbəblərindən biridir.
QIZARDIRILMIŞ NUGGETS VƏ ŞNİTSELLƏR
Bir neçə dəqiqə ərzində hazırlanan nuggets və şnitsellər işlənmiş ətlərdən hazırlanır. Tərkibi hidrogenləşdirilmiş yağ və yüksək miqdarda şəkər, yağ və konservantlardan ibarətdir. Bundan əlavə, içindəki toyuq miqdarı cüzidir.
MARQARİN
Çörəyin üzərinə sürtülən və yeməklərdə istifadə edilən marqarin kərə yağından fərqli olaraq laboratoriya şəraitində hazırlanır. Hidrogenlə doymuş zərərli bitki yağları ürək damarlarını bağlayır və həyati təhlükəsi olan xroniki xəstəliklərə yol açır.
SOSİSKA VƏ KOLBASA KİMİ EMAL EDİLMİŞ ƏT MƏHSULLARI
Sosiska və kolbasa kimi emal edilmiş ət məhsullarının davamlılığını artırmaq üçün nitrit ehtiva edir. Natrium nitrozaminlər kimi maddələrlə qaraciyər xərçəngindən ağciyər xərçənginə və hətta leykemiyaya qədər bir çox xəstəliyə səbəb ola bilər.
Bundan əlavə, işlənmiş ət məhsulları ürək-damar sağlamlığını da təhlükə altına alır.

Fidan Vəlisoy

Tarix: 22 sentyabr 2023
Baxış: 144

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş