Xəbər lenti
Reklam
Siqaretin sağlamlığa daha bir zərəri AŞKAR EDİLDİ

Ürək-damar, şəkərli diabet, nəfəs yolları xəstəlikləri və ağciyər xərçənginə səbəb olan siqaret çəkmənin sağlamlığa daha bir ciddi zərəri aşkar edilib.

Gender.Az bizim.media-ya istinadən bildriir ki, Danimarkanın Aarhus Universitetinin alimləri bu zərərli vərdişin psixi xəstəliklərə səbəb olduğu, depressiya, biopolyar şəxsiyyət problemi və şizofreniya kimi ağır fəsadlar doğurduğunu bildiriblər.
Tədqiqat qrupunun rəhbəri Daq Spid qeyd edib ki, siqaret çəkənlərin psixi xəstəliklər diaqnozu ilə xəstəxanaya aparılması riski 250 dəfə çoxdur. Alim iki kanadalı tədqiqatçı ilə birlikdə İngiltərədəki biobankın məlumatlarını araşdırıb və məlum olub ki, siqaret çəkən gənclərin psixi xəstəliklərə tutulma riski daha artıqdır

Daq Spid qeyd edib: "İnsanlar, adətən, siqaret çəkməyə 17 yaşından başlayır və artıq 30 yaşında əqli sağlamlıqla bağlı problemlərlə qarşılaşırlar. Bu zərərli vərdişlə əlaqədar bəzi genlər mövcuddur. Belə ki, siqaret çəkməyən insanlarda həmin genlər psixi xəstəlikləri üzə çıxarmır".

Tarix: 12 sentyabr 2023
Baxış: 149

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş