Xəbər lenti
Reklam
Yemək yeyərkən bu hiss – mədə xərçəngindən ola bilər

Mədə xərçəngi illərlə əlamət verməyən, gizli gedən, digər mədə xəstəliklərinə oxşayan xəstəlikdir.
Gender.Az xəbər verir ki, əgər birinci mərhələdə aşkarlansa, o zaman 90% sağalma şansı var. 3-4-cü mərhələdə sağ qalma şansı azalır.
Canser Research ekspertləri insanları yemək yeyərkən bir simptoma xüsusi diqqət yetirməyə çağırıb.
Əgər siz illərlə eyni pors yeməyi normal yeyib, tam bitirib doyub süfrədən çəkildiyiniz halda, birdən-birə kotletin yarısını yeyən kimi, ya bir-iki tikə yeyəndən sonra həmin patı yarısı qaldığı halda, mədənizin sanki ağzına kimi dolduğunu və daha yeməyə yer olmadığını hiss edirsizsə, özünüzü yeməyə məcbur etsəniz də, əksinə yeməyə ikrah hissi ilə yanaşırsızsa, bu, mədə və ya qida borusunda şiş ola bilmə şübhələrini artırır.
Bu hal dəfələrlə, hətta hər gün təkrarlanırsa, dərhal həkimə gedin.
Yeyən zaman sanki mədə dolub, sizi boğurmuş kimi hiss olarsa, sanki yemək qarımım yuxarısında ilişib, gec getdiyini hiss edirsizsə, qastroskopiyadan keçin.
Getdikcə iştah küsürsə, çəki itirsə, ürəkbulanma və qatı qusma varsa, bu artıq 3-cü dərəcə xərçəng ola bilər.
Ümumilikdə, yaşı 50-dən yuxarı hər il bu prosedurdan keçməlidir.

\\Medicina.Az

Tarix: 05 sentyabr 2023
Baxış: 151

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş