Xəbər lenti
Reklam
Bədəni siqaret qalığından təmizləyən - 4 vasitə

Orqanizmi tütün qalığı nikotindən təmizləyən 3 super qida var.

Gender.Az xəbər verir ki, dietoloq Mariya Kapralova intoksikantlarla – alkoqol, dərman, nikotinlə ən yaxşı mübarizə vasitələrini açıqlayıb.
“Bunlar nar, limon, zəncəfil və brokkolidir.
Onlar qanın keyfiyyətini yaxşılaşdırır və ümumilikdə qan dövranını tənzimləyir.

Alkoqol içənlər, siqaret çəkənlər, qaraciyəri dərmanla yüklənənlər, eləcə də bunları tərgidənlər orqanizmə dəstək üçün bu qidaları qəbul etməlidir.
Nar qanda eritrositlərin miqdarını artırır. Limon V vitamini ilə zəngindir. Zəncəfil siqaretə istəyi azaldır.
Bütün kələm növləri bədəni təmizləyir, amma brokkoli ümumilikdə maddələr mübadiləsi proseslərini tənzimləyir.

Nikotin neyrotoksiki zəhərdir, neyron və sinir hüceyrələrinin ölümünə səbəb olur. Nikotindən asılılıq narkotik kimidir.
Bədənin nikotinlə zəhərlənməsinin əlamətləri:

- Ürəkbulanma, qusma
- Qarında ağrı
- Tərləmə
- Ağızdan su axma
- Qıcolmalar, huşun dumanlanması, əsəbilik
- Baş ağrıları
- İştahın artması
- Daim tütün iyləmə, siqaret çəkmə istəyi.


\\Medicina.Az


Tarix: 05 sentyabr 2023
Baxış: 138

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş