Xəbər lenti
Reklam
Qotur olduğunuzu göstərən əlamət

Qotura kütləvi, ictimai yerlərdə yoluxa bilərsiz. Yayda dərinin parazitar xəstəliklərinə daha tez yoluxma baş verir.
Dermatoloq Olqa Saperova qoturun ötürülmə yolu və əlamətlərindən danışıb.
“Risk yoluxmuş adamla sıx təmas və onun əşyalarından istifadə zamanı, eləcə də cinsi əlaqə, yataq və hətta hamam vasitələrindən istifadə zamanı yaranır. Qotur zamanı dəridə çoxsaylı səpki, qaşınma, xüsusən gecəyarı artan qaşıntı baş verir.
Ayaq və əl barmaqları, bilək, dirsək, qarın və budlarda qırmızı səpki və qaşınma yaranır. Eləcə də dəridə çatlar, xırda sulu qabarcıqlar və quru qabıqlama olur. Əgər xəstədə qotur diaqnozu qoyularsa, onun geyimləri digər ailə üzvlərindən ayrılmalı və ya atılmalıdır. Özü isə ciddi müalicə almalıdır”. \\Medicina

Tarix: 07 avqust 2023
Baxış: 178

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş