Redaktor seçimi
    Bu şəxslər yenidən müddətli həqiqi hərbi xidmətə göndəriləcəklər
Xəbər lenti
Reklam
Səhər yuxudan duranda bel ağrısı təhlükəlidir – Revmatoloqdan xəbərdarlıq

Səhərlər yuxudan oyandıqdan dərhal sonra artan bel ağrıları, yataqda qalmağa səbəb olan və eyni zamanda gəzdikdə və hərəkət etdikdə açılan bel ağrıları, istrahətdə sonra, yəni uzandıqdan, ayağını uzadıb yaslandıqdan sonra hərəkət etdikcə azalan bel ağrıları – iltihablı bel ağrıları adlanır
Gender.Az xəbər verir ki, həkim –revmatoloq Aynurə İsmayılovanın sözlərinə görə, bu əlamətlər revmatoloji xəstəliklərin bir qrupunun klinik əlamətidir.
“Mexaniki bel ağrıları isə daha çox hərəkət etdikdə, ayaq üstə çox qaldıqda, ağırlıq qaldırdıqda – bildiyimiz yırtıq, pratruziya, duzlanma və kirəclənmənin əlamətidir.
İltihablı bel ağrılarının fəsadlar daha ağırdır. Onlar onurğanın əyilməsinə, bambuk qamışı kimi forma almasına və bununla yanaşı olaraq, digər orqan və sistemlərin zədələnməsinə , oynaqlarda artritlərin yaranmasına səbəb ola bilər.
Məhz buna görə istrahətdən sonra artan bel ağrılarına rast gəldikdə, mütləq revmatoloqa müraciət etmək lazımdır.
Çünki sadalanan ağrılar ciddi deformasiyalara, əlilliyə, oynaqlarda ciddi problemlərə səbəb ola bilər. Zamanında həkim müayinəsinə, diaqnozun nəticələrinə görə müalicə almaq tövsiyyə olunur”. \\Medicina

Tarix: 31 iyul 2023
Baxış: 240

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş