Xəbər lenti
Reklam
İsti yay günlərində bunu etməsəniz, infarkt riski ARTACAQ - Kordioloqdan XƏBƏRDARLIQ

İstilər şiddətləndikcə insanların səhhətində müəyyən problem yaranır. Ən çox isə ürək-damar xəstəliyindən əziyyət çəkən insanlar diskomfort yaşayırlar. Ürəyindən şikayətlənən hər kəs isti havada ehtiyatlı olmalı, narahatlıq yaranarsa, həkimə müraciət etməlidir.
Gender.Az bildirir ki, bunu Konkret.Az-a açıqlamasında kordioloq Günel Yusifli bildirib:
“Günəş şüalarından qorunmaq lazımdır. İsti havalarda qızmar günəş altında çox gəzmək təhlükəlidir. İnsult keçirmə daha çox günvurma zamanı baş verir. Günvurma zamanı təzyiq qalxır və xəstə özünü pis hiss edir. Nəticə isə çox vaxt ürəkaçan olmur. Ümumiyyətlə, bu günlərdə hər bir insan özünü günəşdən qorumalıdır. Şiddətli istilərdə bayırda gəzmək məsləhət deyil. Çoxlu maye qəbul edilməlidir. Yay vaxtı insanlar yeməklərinə də fikir verməlidirlər. İsti havalarda çalışıb yağlı yeməklərdən uzaq durmaq lazımdır. Ən çox meyvə-tərəvəzə üstünlük verilsə, daha yaxşı olar. Həm də çoxlu maye qəbul edilməlidir. Ürək-damar xəstəliyindən əziyyət çəkənlərə məsləhətim isə odur ki, dərmanlardan vaxtlı istifadə etsinlər. Səhər yeməyindən sonra təzyiq dərmanları qəbul edilməlidir ki, gün ərzində təzyiq oynamasın”. 

Tarix: 13 iyul 2023
Baxış: 169

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş