Redaktor seçimi
    DİN-dən vətəndaşlara xəbərdarlıq
Xəbər lenti
Reklam
Mütəxəssisdən kababla bağlı XƏBƏRDARLIQ: Belə bişirmək düzgün deyil

Mütəxəssislər xəbərdarlıq ediblər ki, Qurban bayramında manqalda kabab bişirərkən ətin yanma səviyyəsindən çox bişməsi bəzi xərçəng xəstəliklərinə səbəb ola bilər. Bundan başqa bir neçə porsiya yeyilən ət həzm sistemində problem yarada bilər.
Qurban bayramına sayılı günlər qalıb. İnsanlar adətən, kəsilən qurbanlardan ilk olaraq kabab bişirməyə üstünlük verirlər. Mütəxəssislərin fikrincə, qurban ətinin kəsilən gün istehlak edilməsi də zərərli sayılır.
Mütəxəssis diyetoloq Pakize Gizem Akgül qurban əti istehlak edərkən nələrə diqqət edilməsi lazım olduğunu açıqlayıb.
“Qırmızı ət dəmir, maqnezium və bəzi B qrupu vitaminləri ilə zəngindir. Amma xolesterin və doymuş yağlar səbəbiylə ət istehlak edərkən miqdarına xüsusi diqqət etmək vacibdir. Qırmızı ət xroniki xəstəlikləri olan insanlar üçün də riskli ola bilər. Ümumiyyətlə isə, kabab bişirlərkən ocağın istiliyi və ətin neçə dəqiqə ərzində bişdiyi çox vacibdir Çünki közdə çox bişirilən ətdə bəzi xərçəng xəstəliklərinə səbəb ola biləcək zərərli maddələr əmələ gələ bilər. Eyni zamanda, az bişmiş ət də sağlamlığa zərərlidir. Çünki bəzi heyvanlarda olan patogen mikroorqanizmlər mövcuddur. Az bişirlən ətdə də bu mikroblar yox olmur”,-deyə mütxəsssis qeyd edib.
Onun sözlərinə görə, Qurban bayramının ilk günündə əti qovuraraq yemək ən yaxşı üsuldur. Ən əhəmiyyətlisi əti mümkün qədər öz yağı ilə bişirməkdir. Kərə yağı, quyruq yağı kimi heyvani yağlardan istifadə edilməsi tərkibindəki xolesterini artıra və ya xəstəlik riskini çoxalda bilər.
Diyetoloq onu da əlavə edib ki, bayramda süfrələrdə ət ilə yanaşı mütləq yaşıl tərəvəzlər və göyərtilərdən hazırlanan salatlara da üstünlük vermək lazıdmır. Çünki ət yeməyi mədə üçün ağırdır, həzmi yaxşılaşdırmaq üçün bu qidalar faydalı ola bilər. \\Saglamolun.Az

Tarix: 26 iyun 2023
Baxış: 195

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş