Xəbər lenti
Reklam
Sirkə vərəmi məhv edir

Fransa, Venesuela və ABŞ-dan olan tədqiqatçılar sirkənin tərkibindəki aktiv maddənin vərəm mikobakteriyasını məhv etməyə qadir olduğu barədə açıqlama verib.

Sirkə turşusu təhlükəli xəstəliklə, eləcə də davamlı mikobakteriyaların yaratdığı digər patologiyalarla mübarizə aparmaq üçün ucuz və toksik olmayan agent kimi istifadə edilə bilər.

Cenevrə Universitetinin alimləri vərəmə səbəb olan mikobakteriyaların yoluxmuş hüceyrələrdə necə qidalandığını öyrənə biliblər.

İlkin sınaqlar göstərdi ki, 30 dəqiqə ərzində 6%-li sirkə turşusuna məruz qalma kifayətdir ki, vərəm mikobakteriyaları ölsün.

Sirkənin mikobakteriyaları öldürmə qabiliyyəti uzun təcrübələr və araşdırmalar nəticəsində sübut edilib.

Bununla belə, klinik şəraitdə tez-tez rast gəlinən müxtəlif çirkləndiricilərin əlavə edilməsi belə məşhur konservantın effektivliyini azaltmayıb. \\Medicina.Az

Tarix: 17 may 2023
Baxış: 524

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş