Redaktor seçimi
    DİN-dən vətəndaşlara xəbərdarlıq
Xəbər lenti
Reklam
Qızarmış balıqdan insult təhlükəsi

Balıq yemək sağlamlıq üçün faydalıdır. Amma həkimlər qızardılmış balıqların insult yarada biləcəyini açıqlayıb.
Alabama Universitetində doktor Corc Hovardın rəhbərlik etdiyi bir qrup tədqiqatçı qızardılmış balıq yeməyin insult yarada biləcəyini sübut edən araşdırma aparıb.
Xüsusilə, Alabama əhalisinin insultdan daha çox əziyyət çəkməsinin səbəbi bu ştatın məşhur yeməyinin qızardılmış yerli balıq olmasıdır.
Alimlər qeyd edirlər ki, Alabama və digər qonşu ştatlarda bu ağır xəstəliyin tezliyi digər ştatların əhalisi ilə müqayisədə 30% yüksəkdir.
Amerika Ürək Dərnəyi həftədə iki dəfə qızardılmamış balıq yeməyi tövsiyə edir, lakin Alabama, Arkanzas, Corciya, Luiziana, Missisipi, Şimali Karolina, Cənubi Karolina və Tennessi sakinlərinin bu tövsiyələrə əməl etmə ehtimalı 17% azdır. Onlar həftədə 4 dəfə balıq yeyir.
"Tədqiqatımız göstərdi ki, insult keçirən insanlar və xüsusən də afro-amerikalılar digər bölgələrindən gələn vətəndaşlarla müqayisədə daha çox qızardılmış balıq yeyirlər. Bu, qızardılmış balıqların insult riskini artıra biləcəyini deməyə əsas verir.
Lakin qəti bir açıqlama vermək üçün daha çox araşdırmaya ehtiyac var” – deyə Harvard Universitetini professoru bildirib. \\Medicina.az
Tarix: 11 may 2023
Baxış: 209

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş