Xəbər lenti
Reklam
Şəkərdən əl çəkə bilməyənlər bu xəbəri OXUSUN - Hər 100 qramda 20 min var

Türkiyənin Sakarya Universitetində müxtəlif markalı toz və kub şəkərlərdə, şəkər tozunda mikroplastiklərin olması ilə bağlı araşdırma aparılıb. Araşdırmanın nəticəsində, hər 100 qram şəkərdə orta hesabla 20 min mikroplastik aşkar edilib.
Əhali ilə paralel artan tullantıların əhəmiyyətli hissəsini plastiklər təşkil edir və plastiklərin əksəriyyəti birdəfəlik istifadə olunan materiallardır. Plastik tullantılar quru və su ekosistemlərinə əhəmiyyətli dərəcədə təsir göstərə və canlıların davamlılığını poza bilsə də, quru və dəniz mühitlərində yayılmış plastik tullantıların daha kiçik hissəcik formaları olan nano və mikroplastiklər qidalanma və ya hava ilə tənəffüs yolu ilə insan orqanizminə daxil ola bilir. Bu da bir sıra sağlamlıq problemləri yarada bilər.
Araşdırma layihəsi çərçivəsində dənəvər şəkər, şəkər tozu və küp şəkərdə mikroplastiklərin varlığını araşdırılarkən əldə edilən nəticələr heç də ürəkaçan olmayıb.
Yoxlanılan bütün şəkərlərin 100 qramında orta hesabla 20 min mikroplastik aşkarlanıb. Bu mikroplastiklərin çirklənmiş torpaqda yetişdirilən şəkər çuğundurundan, qablaşdırmadam, istehsal proseslərindən və havadan keçdiyi ehtimal edilir. Amma bu səbəblər arasında istehsal prosesində olan çirklənmə çox vacib sayılır. Köklü bitkilər torpaqda təkcə mikroplastikləri deyil, digər potensial zəhərli maddələri də özünə hopdura bilir. Araşdırmalara əsasən, torpaqda olan arsen maddəsinin mikroplastikləri bitkinin kökünə daha asan çatdıra bildiyi məlumdur. Qablaşdırma və istehsal prosesində edilən yanlışlıqlar da bu nisbəti əhəmiyyətli dərəcədə artırır. Tədqiqatda incələnən şəkərlərin qoyulduğu kisələr ağ və ya şəffaf olub. Əgər mikroplastiklər bu torbalardan keçsəydi, ağ və ya şəffaf mikroplastiklər olardı. Amma şəkərlərin tərkibində mavi, qara, qırmızı, çəhrayı, sarı, yaşıl, demək olar ki, ağla gələn hər rəngdə mikroplastiklər aşkarlanıb. Hər rəngdə plastik hissəciklər və liflər olub.
Mütəxəssislər bildirir ki, xüsusilə birdəfəlik plastik və plastik qatqılı məhsullar gizli mikroplastik qaynaqlarıdır.
Bir araşdırmada hər karton fincandan suya ən az 25 min mikroplastikin keçə biləcəyi deyilir. Bu, milyonlarla plastik hissəciklərin mikronaltı ölçüdə, yəni nano səviyyədə olduğunu göstərən bir araşdırmadır. Bir kub şəkərdə təxminən 550 mikroplastik var. Deməli, karton fincanda çay paketlərində və şəkərlərdə milyonlarla mikroplastiklər mövcuddur.

Mənbə: medicalmedia.az


Tarix: 10 may 2023
Baxış: 205

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş