Xəbər lenti
Reklam
İdman edərkən ürəyi yormamaq üçün 6 VACİB QAYDA

Məlumdur ki, idmanla məşğul olmaq ürək-damar xəstəliklərinin qarşısının alınmasında ən təməl addımdır. Bir çox uzunmüddətli araşdırmalar sübut edib ki, idman ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır və ömrü uzadır. Bu səbəbdən mütəxəssislər hər fürsətdə idmanın əhəmiyyəti barədə araşdırmalar aparıllar.
Mütəxəssislər bildirirlər ki, idmanla məşğul olarkən mütləq aşağıda qeyd olunan məqamlara diqqət yetirmək önəmlidir.
  1. İDMANLA MƏŞĞUL OLARKƏN MÜTLƏQ SU İÇİN
Məlumdur ki, idmanla məşğul olduqda tər ifraz olunur. Bununla da orqanizmdə su və minderal çatışmazlığı yaranır. Bu səbəbdən məşq arasında və ya sonrasında kifayət qədər su və lazım gələrsə tərkibində mineral ehtiva edən içkilərdən mütləq istifadə edin.
  1. HƏR GÜN MİNİMUM 10 MİN ADDIM ATIN
Araşdırmalara görə, gündəlik atılan 10 min addım ürək sağlamlığı üçün çox əhəmiyyətlidir. Hansı ki, 10 min addım sürətlə yerimək qan damarlarının sərtləşməsinin qarşısını ala bilər, qan damarlarının təzyiqini və xolesterol səviyyəsini aşağı sala bilər. Tədqiqatlar göstərir ki, yerimək bu mühüm təsirlər sayəsində infarkt riskini 20 faiz azaldır.
  1. NƏBZİNİZİ NƏZARƏTDƏ SAXLAYIN
İdman edərkən ürək döyüntüsünü nəzarət altında saxlamaq da vacibdir. Çünki ürək döyüntüsü hədəfi aşsa, başgicəllənmə, tarazlığın pozulması, huşunu itirmək kimi problemlər yarana bilər. Mütəxəssislər deyirlər ki, yaşınızı 220-dən çıxırsız, ürək döyüntünüzün sayı qalan rəqəmin 50-70 faizi arasındadır.
  1. BU ŞİKAYƏTLƏR ZAMANI QƏTİ İDMANLA MƏŞĞUL OLMAYIN
 “İdman zamanı döş qəfəsində narahatlıq, qeyri-adi nəfəs darlığı, ürək döyüntüsü və ya baş gicəllənməsi kimi şikayətlər varsa, heç vaxt məşqlərə davam etməyin. Xüsusilə sinə ağrısı infarktın ən əhəmiyyətli əlaməti olduğundan, vaxt itirmədən həkimə müraciət etmək önəmlidir",- deyə araşdırma müəllifləri qeyd edirlər.
  1. SÜBH TEZDƏN İDMAN ETMƏKDƏN ÇƏKİNİN
Səhər tezdən ilk üç saat ərzində idmanla məşğul olmaq faydalı deyil.  Bu vaxtlarda adrenalin hormonunun ən yüksək səviyyəsi damarlarda daralmalara səbəb olur, nəticədə qan təzyiqi yüksəlir və ürək ritmi sürətlənir. Bunlara əlavə olaraq bədənimizdəki fibrinolitik sistem adlanan və qan laxtasını parçalayan sistem ən aşağı səviyyədə olduğu üçün səhərin erkən saatlarında damarlarda laxtalanma riski artır. Bütün bunlardan əlavə səhər tezdən idman infarkt riskini tətikləyə bilər.
  1. ÇOX İSTİ VƏ SOYUQ HAVALARDA İDMAN ETMƏYİN
İsti havalarda, xüsusilə də həddindən artıq səy göstərilən idman növlərində həddindən artıq tərləmə səbəbiylə damarlarda qan miqdarı azala, nəticədə təzyiq minimuma düşə bilər. İdman soyuq havada qan təzyiqini də poza bilər, sinə ağrısı və ya infarkt riski artır. Buna görə də həddindən artıq isti və ya soyuq havalarda idmanla məşğul olmayın. \\Saglamolun.Az
Tarix: 04 may 2023
Baxış: 259

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş