Xəbər lenti
Reklam
Xərçəngə qarşı peyvənd hazırdır - İSTİFADƏYƏ NƏ VAXT VERİLƏCƏK?

“Xərçəngə qarşı peyvənd bu onilliyin sonuna qədər hazır olacaq”.
Bunu Oksford Universitetinin alimi Conatan Kvok (Jonathan Kwok) deyib.
“İndi ən azı 10 şirkətin və müxtəlif yanaşma və strategiyalara malik akademik departamentlərin iştirak etdiyi bir yarış var. Bu yanaşmaların hər birinin üstünlükləri nəzərdən keçirilir. Məncə, bu onilliyin sonuna qədər xərçəngə qarşı münasib qiymətə peyvənd olacaq”.
O bildirib ki, xərçəngdən ölüm hallarının 70-90 faizinin metastazlara görə baş verir. Peyvənd immun sisteminin davamlı reaksiyası nəticəsində metastazların yaranmasının qarşısını almağa kömək edəcək.
Alimin sözlərinə görə, siçanlar üzərində aparılan tədqiqatlar göstərdi ki, metastazların qarşısını tamamilə ala bilərik. Klinik sınaqların birinci mərhələsinin yaxın aylarda başlaması gözlənilir. \\Saglamolun.Az

Tarix: 01 may 2023
Baxış: 273

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş