Xəbər lenti
Reklam
Belimizdə yırtıq olub-olmadığını necə bilməli?

Beldə yırtıq dedikdə, onurğa fəqərələri arasından çıxan yırtıqlar nəzərdə tutulur. Demək olar ki, 50% pasiyent hələ belində yırtıq olub -olmamasından xəbərsizdir.
Gender.Az xəbər verir ki, nevroloq Günel Verdiyeva yırtıq simptomlarını açıqlayıb.
Bel bölgəsində ağrılar: Ağrı şikayətləri; öskürək, asqırma və ya uzun müddət ayaq üstə durmaqla pisləşə bilər. Əzələ spazmları da baş verə bilər.
Beldən ayağa yayılan ağrı: Disk yırtığının ən tipik simptomlarından biri ağrının beldən ayağa və pəncəyə qədər yayılmasıdır.
Uyuşma: Ayaqda ağrı ilə yanaşı, uyuşma və qarışqalanma şikayətləri də ola bilər.
Əzələ zəifliyi: Ağrı ilə yanaşı disk yırtığı səbəbiylə zədələnmiş tərəfdə ayaq, ayaq və ya baş barmaqda əzələ zəifliyi də yarana bilər.
Sidik kisəsi və ya bağırsaq funksiyasında dəyişikliklər: İrəli mərhələlərdə bağırsaq və ya sidik kisəsi funksiyasında pozulma görülə bilər. Sidik ifraz edə bilməməsi səbəbindən sidik kisəsi dolur və sidik qaçırma əmələ gəlir. \\Medicina.az

Tarix: 28 aprel 2023
Baxış: 277

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş