Xəbər lenti
Reklam
Canan Karatay 10 yaş cavanlaşdıran sirrli qidanı açıqladı: SƏHƏRDƏN AXŞAMA QƏDƏR YEYİN

Türkiyəli məşhur həkim-mütəxəssis Canan Karatay insanı 10 yaş cavanlaşdıran qidanın adını açıqlayıb.
Qidalanma ilə bağlı açıqlamaları ilə hər zaman gündəmdə olan professor  bu dəfə gənclik meyvəsi haqqında danışıb. O, kivinin sağlamlıq üçün inanılmaz faydalı olduğunu bildirib. Onun sözlərinə görə, kivini yatana qədər istehlak etmək lazımdır.
Karatay kivinin dəri hüceyrələrini yenilədiyini və insanı 10 yaş cavanlaşdırdığını qeyd edib. Bunun üçün kivini səhərdən axşama qədər yemək lazımdır. Kivinin həm cavanlaşdırır, həm də sağlam hüceyrələrin sayını artırır.
Kivi təbiətdə ən yüksək antioksidant olan sirli qidadır. Zədələnmiş hüceyrələrin sürətli bərpasını təmin edir. Çində tez-tez istehlak edilən kivi çinlilərin cavanlıq sirri hesab edilir. Lutien və zeaksantinlə də zəngin olan kivi qocalmağa meyilli olan hüceyrələri anında diskvalifikasiya edir və hüceyrələrin yenilənməsini təmin edir. Qırışların və sallanmaların qarşısını alır. Göz ətrafında yaranmağa başlayan qançırlar və dairələr kifayət qədər vitamin olmadığını göstərir. Lakin müntəzəm kivi qəbulu bu vəziyyətin qarşısını dərhal alır. Kivi saçları daha parlaq və canlı göstərir. Saç follikullarında azalmış vitamin səviyyəsini artırır. Lazım olan vitaminləri qan vasitəsilə kök hüceyrələrə aparır. Qan vasitəsilə hüceyrələrə hərəkətliliyi təmin edərkən qanda pis xolesterinin səviyyəsini də azaldır. \\Saglamolun.Az

Tarix: 28 aprel 2023
Baxış: 273

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş