Xəbər lenti
Reklam
Yaxın on ildə dünyada yeni virus yayılacaq - "Bloomberg"dən qorxunc iddia...

Artıq növbəti onillikdə yeni virus pandemiyası başlayacaq. Buna səbəb iqlim dəyişiklikləri, beynəlxalq səyahətlər və əhalinin sayının artması olacaq.
 
Vəziyyət yeni virusa qarşı peyvəndlərin və müalicə metodlarının olmaması səbəbindən mürəkkəbləşir.
Gendere.Az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
 
Növbəti onillikdə "Covid-19"-a bənzər pandemiyanın başlama ehtimalı 27, 5 faiz təşkil edir, çünki viruslar get-gedə daha tez-tez peyda olur.
 
Bu barədə səhiyyə sahəsində təhlillərlə məşğul olan şirkət məlumat verib. 
 
İqlim dəyişikliyi, beynəlxalq səyahətlərin artması, əhalinin sayının çoxalması və zoonoz xəstəliklərin təhlükəsi riski daha da artırır.
 
Bunu Londonun "Airfinity Ltd" şirkəti hesab edir. Lakin əgər yeni patogen aşkar edildikdən 100 gün sonra effektiv peyvəndlər tətbiq olunmağa başlanarsa, ölümcül pandemiyanın ehtimalı 8, 1 faiz aşağı düşəcəsək. 
 
Ən pis ssenaridə insandan insana keçməsi üçün mutasiya edən quş qripi tipli virus Böyük Britaniyada hər gün 15 min ölümə səbəb ola bilər , "Airfinity" bəyan edib.
 
Hazırda dünyada "Covid-19" pandemiyası hələ də mövcud olarkən səhiyyə sahəsində ekspertlər növbəti potensial qlobal təhlükəyə hazırlığa diqqəti cəlb edir.
 
Son iki onillikdə atipik pnevmoniya, Yaxın Şərq respirator sindromu və "Covid-19"-u törədən üç əsas koronavurus, habelə 2019-cu ildə donuz qripi geniş vüsət alıb.
 
H5N1 quş qripi ştammının sürətlə yayılması artıq narahatlıq doğurur. 
 
Hələlik az sayda insanın yoluxmasına rəğmən, virus insandan insana ötürülür, xəstəliyin quşlar arasında sürətlə artması və məməlilər arasında getdikcə yoluxma hallarının çoxalması alimlər və hökumətlərin narahatlığına səbəb olub.
 
Belə ki, virus mutasiya edə bilər, bu da onun yayılmasını asanlaşdırar. 

Yüksək dərəcəli riski olan Yaxın Şərq respirator sindromu və Zika virusu kimi bir çox patogenlərə qarşı peyvəndlər və müalicə metodları mövcud deyil, tətbiq edilən müşahidə metodları isə çətin ki, yeni pandemiyanı vaxtında aşkar etməyə imkan versin.
 
Bütün bunlar pandemiyaya hazırlığın təmin edilməsi üzrə tədbirlər görülməsinin zəruriliyini vurğulayır, deyə, "Airfinity" məlumat verir. \\Moderator.az
Tarix: 15 aprel 2023
Baxış: 215

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş