Xəbər lenti
Reklam
Maqnit qasırğasının fəsadları nədir və bundan necə qorunaq? - Həkimdən AÇIQLAMA

Son zamanlar maqnit qasırğasının olacağı ilə bağlı xəbərlər geniş yayılır. Bu qasırğaların insanların səhhətinə zərər verəcəyi ilə bağlı xəbərlər isə əhali arasında müəyyən  təşvişin yaranmasına səbəb olur. Bəs görəsən maqnit qasırğasıın insan səhhətinə və orqanizminə nə kimi fəsadları ola bilər? Bundan qorunmaq üçün nələri etmək lazımdır?
Mövzunu Konkret.Az-a şərh edən həkim pulmonoloq Əsəd Beydullayev bildirib ki, günəşdə maqnit fırtınalarının olması haqda tez-tez məlumatlar yayılır. Bu maqnit qasırğaları nəticəsində insanların səhhətində müxtəlif problemlər yaranır: “Günəşdə baş verən həmin partlayışlar nəticəsində çoxlu miqdarda proton və neytronların sıçrayışı müşahidə olunur. Bu, maqnit sahəsinə ciddi təsir göstərir. İnsan da dünyanın ayrılmaz bir hissəsi olduğuna görə, onun bədənindəki maqnit sahələrinə təsirsiz ötüşmür. Amma bu təsirin hamıda özünü göstərəcəyi ilə bağlı bir qayda yoxdur. Bəzi meteohəssas insanlarda maqnit qasırğaları özünü büruzə verə bilər. Bu, onların psixoloji halı və bədən sağlamlığı ilə birbaşa əlaqəlidir. Nəticədə bir sıra xəstəliklər meydana çıxır. Xüsusən, ürək-damar xəstəlikləri olan insanlarda maqnit qasırğalarının təsiri özünü birbaşa göstərir. Qasırğaların təsiri özünü bəzi insanlarda tez, bəzilərində isə gec göstərir. Maqnit qasırğaları insanlarda daha çox qanın laxtalanmasına təsir edir. Bu isə ürək-damar xəstəlikləri olan insanlarda ürək tutmalarının, infark və insult riskinin artmasına gətirib çıxarır. Ona görə də, maqnit qasırğası zamanı bu kimi halların baş verdiyini tez-tez eşidirik.


Baku Medical Plaza - Dr. Əsəd Beydullayev

Həkimin sözlərinə görə, maqnit qasırğaları insanların immun sisteminə də təsir göstərir: “Xüsusən də payız aylarında bu, özünü daha qabarıq şəkildə büruzə verir. Çünki payızda günəş şüalarının miqdarı azaldığından inanlar daha həssas olur, immun sistemi isə zəifləyir. Maqnit qasırğası insanlarda baş ağrılarını artırır, yuxusuzluq və halsızlığa gətirib çıxarır. Eyni zamanda qulaqlarda cingiltinin olması, təzyiqin yüksəlməsi maqnit qasırğasının fəsadları sırasında qeyd edilə bilər. Maqnit qasırğasından qorunmaq üçün fiziki ağır işlərdən çəkinmək lazımdır. Bundan əlavə gündəlik yuyunmaq tövsiyə edilir. Çünki suyun neqativ yükləri götürmək xüsusiyyəti var. Bundan başqa yüngül formalı sakitləşdiricilərdən istifadə etmək olar. Çünki maqnit qasırğası sinir sisteminə birbaşa təsir göstərir. Eləcə də tərkibində çoxlu duz olan qidalardan uzaq durmaq, təyyarə və qatardan istifadə etməmək, uzaq yola çıxmamaq tövsiyə olunur. Digər tərəfdən içkidən və siqaretdən istifadə etməmək lazımdır. Əgər maqnit qasırğasına çox həssaslıq, eləcə də ürək-damar xəstəliyi varsa, bu zaman həkimə müraciət etmək, daha ciddi dərmanlar qəbul etmək vacibdir”.

Müşviq Tofiqoğlu

Tarix: 04 aprel 2023
Baxış: 200

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş