Xəbər lenti
Reklam
Sumax, sarıkök və zəncəfili qarışdırsaq, nə olar?


Artıq dekabra sayılı günlər qalıb. Payızın son ayını yaşayırıq.

Hava tez-tez dəyişir. Belə halda insanın adaptasiya prinsipi zədələnir və immun sistemi zəifləyir.
Xüsusilə yuxarı tənəffüs yolları xəstəlikləri artır, fərqli virus ştamları ilə qarşılaşırıq. Bu viruslar müxtəlif əlamətlərlə üzə çıxır.
Həmin əlamətləri özümüzdə hiss etdiyimiz ilk günlərdə nələr etmək olar?
Gender.Az xəbər verir ki, həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu getdiyi verilişlərdə bu barədə danışıb.
O, müxtəlif ədviyyatlardan istifadə etməyi və müalicə yox, profilaktik tədbirlər görməyi, immun sistemini gücləndirmək üçün sumax, sarıkök və zəncəfildən istifadəni tövsiyə edib.
Həkim bu üç ədviyyatdan ibarət rahat resepti açıqlayıb.
Onun sözlərinə görə, hərəsindən bir çimdik götürüb 50 ml qaynar suda 10 dəqiqə dəmlədikdən sonra içmək məsləhətdir.
Bu qarışım halsızlığı, yorğunluğu aradan qaldırır, iştahanı yaxşılaşdırır.(big.az)
Tarix: 23 noyabr 2022
Baxış: 336

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş