Redaktor seçimi
    "MAKS -2019" Beynəlxalq Aviasiya və Kosmik Salonunun açılışı olub
"MAKS -2019" Beynəlxalq Aviasiya və Kosmik Salonunun açılışı olub
Moskva vilayətinin Jukovski şəhərindəki “Ramenskoye” aerodromunda "MAKS -2019" Beynəlxalq Aviasiya və Kosmik Salonunun açılışı olub. Böyük səbirsizliklə gözlənilən ilin hadisəsi 2019-ci il avqustun 27-dən sentyabrın 1-dək Moskvada gerçəkləşir. Hazırda "MAKS" Beynəlxalq Aviasiya və Kosmik Salonu dünyanın ən iri avia-forumları sırasında layiqli aparıcı yer tutur.
“MAKS - 2019” aviasərgisinin keçirilməsində əsas məqsəd Rusiya istehsalı olan yüksək texnologiyaların nümayişi və Rusiyanın daxili bazarının xarici tərəfdaşlarla birgə layihələrə açıq olmasını göstərməkdir.
Sərgidə nümayiş olunan mülki və hərbi aviasiya sahəsinin ən yeni texnologiyaları, elmi axtarışların nəticəsi olan perspektivli layihələr peşəkarların diqqətini cəlb edir, sınaqçı - təyyarəçilərin nümunəvi çıxışları, Rusiya və digər ölkələrin məşhurhava-kosmik qüvvələrinin başgicəlləndirici manevrləri isə yüz minlərlə aviasiya həvəskarı tərəfindən heyranlıqla qarşılanır.
Salonun ziyarətçiləri tematik ekspozisiyalarlatanış olmaqla yanaşı, statik dayanacaqda yerləşdirilən işlək aviasiya texnikasına və nümunəvi uçuşlara tamaşa etmək imkanı da qazanıblar. Ziyarətçilər üçün maksimum komfortlu şərait yaradılıb: tam kondisionerləşdirilmiş pavilyonlar, İctimai iaşə və ticarət üçün xüsusi məkanlar ayrılıb, ziyarətçiləri yaxınlıqdakı dəmir yolu stansiyalarından sərgi kompleksinə pulsuz avtobuslar çatdırır.
“MAKS” aviasərgisi Rusiya Federasiyası Hökuməti Sədrinin himayəsi altında keçirilir, bu nüfuzlu və yüksək səviyyəli təşkilatçılığı ilə seçilən sərgini ənənəvi olaraq Rusiya Prezidenti açır.
Qeyd edək ki, "MAKS -2019" Beynəlxalq Aviasiya və Kosmik Salonunun açılışında Rusiya prezidenti Vladimir Putin ilə yanaşı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan daiştirak edib. Rusiya və Türkiyə liderləri "MAKS-2019"un açılışında çıxış ediblər. Daha sonra liderlər aviasərgidə nümayiş olunan aviakosmik sənayenin nümunələri ilə tanış olublar.
“Maks” aviasərgisinin önəmli cəhətlərindən biri də odur ki, burada dövlətin birinci şəxsləri ilə işgüzar ünsiyyət yaratmaq imkanı var, həmçinin aviasiya və kosmik sənaye ilə bağlılığı olan mütəxəssislər üçün adıçəkilən sahələrdə söz sahibi olan, aviasiya texnikasının işlənməsi, istehsalı və satışı ilə bağlı həlledici qərarlar qəbul edən şəxslərin fikirləri ilə tanış olmaq şəraiti yaradılır.
Bundan əvvəlki “MAKS-2017” sərgi proqramda 36 ölkədən 880 şirkət iştirak edib, sərgini 50-dən çox dövlətin rəsmi nümayəndə heyəti ziyarət edibki, bu da 2015-ci ilin göstəricilərini ötüb.
“MAKS-2017” Beynəlxalq salonunu ümumilikdə 452 mindən çox insan ziyarət edib. Sərginin keçirilməsi zamanı Rusiya istehsalı olan aviatexnikanın tədarükünə dair imzalanan saziş və müqavilələrin ümumi məbləği təxminən 400 milyard rubl təşkil edib.
Aviasalonda bir neçə yenilik təqdim olunub. Onların siyahısında 4 ++ nəslinə aid Miq-35 və xüsusi əməliyyatlar üçün nəzərdə tutulan Miq-171ŞV-N da vardı. “MAKS – 2019”-un da qanadlı maşın həvəskarlarının yaddaşında xoş sürprizlərlə dolu, əhəmiyyətli hadisə kimi qalacağına şübhə etmirik.

Hazırladı: Banu OĞUZ
шаблоны для dle 11.2
Tarix: 30-08-2019
Baxış: 29

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender