Redaktor seçimi
    "Putin hədələdi, Finlandiya geri çəkildi – Nə baş verir?" - TURAN RZAYEV
Xəbər lenti
Reklam
Cinayəti etiraf edən oğrular həbs edilmədi - MASALLI POLİSİ OĞRULARLA ƏLBİR OLDU
                                                               
Masallı rayon Qəriblər kəndi sakini Cəbiyev Əlisafa Cankişi oğlu "Hürriyyət"ə müraciət edərək, 2020-ci il 26 may tarixində evinə daxil olan oğruların hələ də azadlıqda olduğunu bildirib. Bu azmış kimi evə daxil olan oğrular ev sahibinə lom vasitəsilə ağır xəsarətlər yetirib. Hazırda həyat yoldaşıyla Rusiyada yaşayan 66 yaşlı şikayətçinin sözlərinə görə, Masallı rayon polis şöbəsi oğurluğu etiraf edən şəxsləri həbs etmir:

"2020-ci il mayın 25-də Vaz 2107 maşınımı satdım. 26 may gecə radələrində oğru evimin pəncərəsini sındıraraq mənzilimə daxil olubSəsə oyandım. Maskalı şəxs əlindəki lomu başıma vurdu. 64 yaşlı həyat yoldaşım Cəbiyeva Q.A tez bir zamanda qonşulara xəbər verdi. Onlar gələnə qədər lomdan yapışdım. Artıq taqətim qalmamışdı. Qonşuların səsini eşidən oğru lomu buraxıb qaçdı. Polisə zəng elədim. Təcili yardım gəldi. Başıma və ayağıma tikişlər atılıb. Elşad adlı əməliyyatçı mənə suallar verdi. Qonşular da xəbər eşidən kimi mənə dəyməyə gəlmişdilər. Həmin an Ağayev Ağali Azad oğlu uzadaraq uca səslə dedi: "Bu dayını kim bu hala salıb? Onun başını kəsərəm". Əməliyyatçı Elşad Ağalini bu sözlərindən sonra götürüb şöbəyə apardı. Sonra mənə zəng edib sual verdi ki, Ağayev Vüsal Asif oğlunu tanıyırsan?...Bildirdim ki, bəli tanıyıram, o bizim qaz sayğacımıza baxan şəxsdir. İki-üç dəfə məndən 200-300 azn pul alıb. Mənə deyib ki, kreditim var, sonra qaytararam. Amma qaytarmırdı. Aramızda söz-söhbət olub. Hətta məni də hədələyib".

Əlisafa Cəbiyev həyatı təhlükədə olduğu üçün ölkəni tərk etmək məcburiyyətində qalıb. O məsələ ilə bağlı Prezident İlham Əliyevə, Daxili İşlər Nazirinə və Respublika baş prokuroruna müraciət edib:

"Əməliyyatçı Elşad dedi ki, oğrular tapılıb. Bildirdi ki, Ağayev Ağali boynuna alıb. O deyib ki, 3 nəfər - Ağayev Vüsal Vasif oğlu və Ağayev Nasir Asif oğlu ilə birgə oğurluq edib. Vüsal Ağayev polis şöbəsinə gətirilərək 10 saat saxlanılıb. Bir gün sonra mənimlə üzləşmə olub. O öz mercedes markalı maşınını sataraq işi bağlayıb. 2-ci dəfə rayon prokuroruna şikayət etdim. Maddəni dəyişib ağır xəsarət vurma ilə cinayət işi açıldı. Lakin heç bir nəticəsi olmadı. İşi aparan Şabala adlı istintaqçı işi bağlayırdı. Məsələylə bağlı cənab Prezident İlham Əliyevə, Daxili İşlər Nazirinə və Respublika baş prokuroruna müraciət etmişəm. Amma heç bir nəticəsi olmadı. Aaxırda məcbur olub, ölkəmi tərk etdim. Ona görə ki, oğrular həbs edilməyib, rahat çöldə gəzirlər. Mənim və həyat yoldaşımın həyatı təhlükədə idi. Bu məsələni araşdırarsınız. Biz də öz Vətənimizə qayıtmaq istəyirik".

Qeyd: Bu hadisənin baş verməsi çox utancvericidir. Cinayəti etiraf edən şəxslərin həbs edilməməsi və bu günə kimi azadlıqda gəzməsi birbaşa Azərbaycan Azərbaycan qanunvericiliyinə, Konstitusiyasına tüpürmək deməkdir. Digər tərəfdən cinayəti etiraf edən oğruların hələ də rahat gəzməsi zərərçəkmiş şəxsin həyatını da birbaşa təhlükə altında qoyur. Zərərçəkmiş ailənin həyatı təhlükə altında olduğu üçün ölkəni tərk etmək məcburiyyətində qalıblar. Ümid edirik ki, bu işdə əli olan şəxslər, eyni zamanda cinayəti etiraf edən oğruların buraxılmasında iştirak edən Masallı rayon polis əməkdaşları məsuliyyətə cəlb ediləcəkdir.

YƏHYA


Tarix: 19 may 2022
Baxış: 385

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Telegramda paylaş



{sape_links}{sape_article}