Redaktor seçimi
    Axşam bütün Ermənistan AzTv-yə baxacaq – Etiraf kadrları
Xəbər lenti
Reklam
Erməni əsgərin etirafı - "azərbaycanlılara həsəd apardım"

İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəksə də, şübhəsiz ki, uzun illər hərb tarixində müzakirə olunacaq. Ay yarım ərzində şanlı Azərbaycan Ordusu elə bir zəfər salnaməsi yazdı ki, bu barədə xarici ölkə ordularının qərargahlarında, hərbi təhsil və hərbi-tədqiqat müəssisələrində, dərsliklərində çox yazılacaq və tədqiqatlar aparılacaq. Sözsüz ki, bu müharibədə əsas şərtlərdən biri də Azərbaycanın bu müharibəyə necə hazırlaşması idi. Və bunu düşmən ölkənin hərbçiləri də etiraf edirlər.

Erməni əsgəri əsgərlərimizn təchizatından "dəli" olub

Onlardan bəzisinə nəzər salaq. Azərbaycan hərbçilərinin təchizatı onda şok yaşadıb. Bildirir ki, döyüşlərin birində 200 metr aşağıda azərbaycanlıların müvəqqəti çəkildiyi posta düşüb və rastlaşdıqları onu şoka salıb. Əlinə iki çanta keçib və içindəkiləri görəndə acgözcəcinə öz çantasına doldurmağa başlayıb - vitaminlər, dərmanlar, turniketlər, sarğılar: "Siz Azərbaycan əsgərinin təchizatını, çantasında olanlardan danışım. Sanki hansısa bir peşəkar oturub və fikirləşib ki, Azərbaycan əsgəri nələrə malik olmalıdır. Adi quru çörək parçalarını qutulara elə səliqə ilə qoyublar ki, qutudan çıxaranda digərləri zədələnməsin.

"Kiflənmiş çərək yeyirdik"

Müqayisə üçün deyək ki, bizə kisələrdə quruyub qalan undan hazırlanan kiflənmiş çörək verirdilər. Dişimizə birtərəhər keçirib yeyirdik. Quru şirin südlər onlarda xüsusi tubiklərdə idi, diş pastası qablarında olduğu kimi. İstədiyin həcmdə çıxarıb təzədən qapağını bağlayırdın. Bizdə isə iri bankalarda idi. Bir hissəsini yedikdən sonra torpağın üstünə qoyurduq, döyüşlər başlayanda isə üstünü toz örtürdü. Beləcə onlarla banka yarımçıq halda yerdə qalırdı. Onların konservi qabları bir barmaqla açılırdı və bir nəfərlik idi. Bizimkilər isə supermarketlərdəki qablardan idi və aşmaq üçün bıçaq lazım olurdu.

"Azərbaycanlıların yatmaq çantaları bir nağıl idi"

Onların yuxu çantaları sadəcə bir nağıldır. Suya davamlı, içərisi də yun. Yağış yağanda bağlayıb içində rataht yatmaq olur. Bizim yatmaq çantalarımız isə sintetikadan hazırlanıb və hətta zəif dumanda belə islanırdı. Hər zaman oyananda soyuqdan titrəyir, donurduq. Tonqal ətrafında yatanda bəxtimiz gətirirdi. Yağış yağanda sanki bataqlıq içində olurduq. Ən maraqlısı isə azərbaycanlıların alt paltarları idi. 100 faiz pambıqdan idi. Bunu isə ağlıma belə gətirə bilməzdim ki, onlarda belə bir vəziyyətdir. Biz ancaq nəsə yaxşını evdən göndəriləndə görürdük. Tumanları komandirə göstərəndə o hirsindən ağlamağa başladı. Sonra məni söyməyə baaşladı ki, niyə türklərin əşyalarını bura gətirmişəm. Halbuki, özü yun yataqda elə yatırdı ki, xorultusu bütün Hadrtutda eşidilirdi" deyə erməni keçmiş hərbçi xatirələrini bölüşüb.
Beləliklə, erməni hərbçinin bu etirafı erməni ordusunun 44 günlük müharibədə necə bir rəzil durumda olduğunu bir daha göstərmiş oldu. Hələ bir utanmadan revanşizmdən, yeni müharibədən danışırlar. \\Milli.Az

Tarix: 13 oktyabr 2021
Baxış: 113

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş